Tarix və tale -  Aqşin Yenisey

Tarix və tale - Aqşin Yenisey

13.00₼
Məhsul haqqında

Tarix və tale -  Aqşin Yenisey

lüb-dirilmək ayini inanclar dünyasında mifin uğuru idi, qanunlar dövründə isə insanın çarəsizliyinə çevrildi. Azərbaycanda son ölüm hökmləri ilə edam olunan 13 məhbus həm mifin uğurunu yaşadı, həm də insanın çarəsizliyini. Çünki tarix öz payına düşən ölüm hökmünü ləvğ etsə də, taleyin ləvğ olunmamış ölümləri qüvvədə qalırdı.

Bu kitab ləvğ olunmamış ölüm hökmləri haqdadır...

Insan oğlu qəbilə-tayfa-millət-cəmiyyət yolçuluğundakı fərəhini yolboyu torpağın ilanın qurbağanı udduğu kimi, yavaş-yavaş, səssiz çığırışlarla udduğu adsız məzarlara borcludur – o məzarlarda FƏRD uyuyur!

Bu kitab o fərdlərin əhvalatını danışır...

Modern çağ bizə bədənin və ruhun bir-birindən eyni dünyada, eyni ölkədə, eyni şəhərdə, hətta eyni evdə ayrı yaşaya biləcəyini öyrətdi. Bu kitab çoxdan ayrı yaşamağa öyrəşmiş bədənlərin və ruhların kitabıdır...

Taleyini tarixə çevirən xalqlar tarixindən özünə tale düzəldən xalqları yendi; bir məğlubun içindən bir qalib çıxdı; bir ölü bir diri doğdu; bir tale bir tarixə çevrildi. O günlərin birində Azərbaycan yenidən doğulanlardan oldu: ölüsü-dirisi, kütləsi-fərdi, mömini- ateisti ilə bir gerçəkliyə çevrildi.

Bu kitab o gerçəkliyin kitabıdır...

Ölüb-dirilmək mifi qorxularından arındırırdı.

Bu kitab bizi də qorxularımızdan arındıran ölüb-dirilənlərimizin xatirəsinə ithafdır...

Azərbaycan dilində


ISBN: 978 9952 520 74 3

Yumşaq üz qabığı

400 səhifə

Ölçü: 120x185 mm

Qiymət: 13.00 AZN
Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın