
Tanrının dili - Francis S. Collins
“Templeton” mükafatı laureatı Frensis Kollinsdən bestseller
Adətən inancı qeyri-müəyyənlikdə, elmi də insanı maddi tərəfindən başqa, heç bir mənası olmayan həyatla məhdudlaşdırmaqda ittiham edirlər. Beləliklə, iki əks qütb kimi təqdim olunan elm və mənəviyyat arasında barışmaz müharibə yaranır.
“TANRININ DİLİ” kitabında elm və din arasındakı düşmənçiliyin yorğun stereotiplərini inkar edən Frensis Kollins oxucularını həm inancı, həm də rasionallığı əhatə edən biliyin vəhdətini tapmağa çağırır.
Həm inanclı, həm aqnostik, həm də ateistlər üçün yazılmış bu kitab sübut edir ki, ağrı və əzabların ortasında qərar tapmış insan, məntiqi addımlardan yayınmadan iman gücünə istinad etməklə sıxıntılardan qurtula bilər. Kollinsin inanc yolundakı şübhələrlə mübarizədən bəhs edən şəxsi hekayəsi də xüsusi maraq doğurur.
Bizi əhatə edən dünyaya baxışımızı formalaşdıracaq çoxsaylı yaradılış möcüzələri ilə tanış olmaq istəyirsinizsə, bu kitab mükəmməl seçimdir.
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
