
Samerin kölgəsi - Anna Vilson - SizinKitab
Anasının qəfil ölümündən sonra Samer məcburən Londonu tərk edib indiyə qədər adını belə eşitmədiyi qohumlarının yanına getməli olur. Konvalda qəribə bir malikanədə, tanımadığı qohumları ilə yaşayan Samer heç vaxt bu nəhəng evdəki kimi tənha olmamışdı. Əmisi daim narahat, səksəkə içindədir. Əmisi arvadı evi tərk edib. Ərköyün və kobud əmisi oğlu isə onu incitmək üçün əlindən gələni edir.
Qorxmuş, tək qalmış və baş verən qəribə hadisələrdən özünü itirmiş çarəsiz Samer bütün günü yaxınlıqda aşkar etdiyi gizli çimərlikdə keçirir. Lakin o, burada tək deyil. Bu həndəvərdə yaşayan Zak adlı oğlan da gizli buxtanın daimi müsafiridir.
Görəsən, Zak Samerin ailəsi ilə bağlı yaşadığı xoşagəlməz hadisələrin təsirindən qaçmasına kömək edə biləcəkmi? Yoxsa qız həmişəlik bu qaranlıq keçmişin əsirinə çevriləcək?
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
