
Məhsul haqqında
Səhifə sayı - 480
9789952362107
Cild - Qalın
Səndən sonra - Jojo Moyes - SizinKitab
Kitab haqqında
Kitab 27 yaşlı Luiza Klarkın həyatından, sevdiyi insana sədaqətindən bəhs edir. O, qəza nəticəsində iflic olmuş imkanlı bir oğlana – Bil Treynora qulluq edir. Yəni işinin adı xəstə baxıcısıdır. Ona qulluq etdiyi müddətdə aralarında sevgi yaranır. Oğlan ağrılara dözə bilməyib intihar edir. Bundan sonra Luiza onu unutmağa çalışsa da bacarmır. Xarici ölkələrə səyahət edir, müxtəlif adamlarla tanış olur, ancaq onu unuda bilmir, vətəninə qayıdır. Doğma şəhərindən aralıda yerləşən Londonda, bir barda iş tapır. Sevdiyi oğlan ona pul qoyub gedir, həmin pulla ev alır. Bir gün fikirli halda yaşadığı binanın damına çıxarkən səs eşidib diksinir, ayağı sürüşüb damdan yıxılır, sağ qalır. Luiza dama çıxanda onu qorxudan səsin sahibi Lili Houqton-Millerdir – Bilin qızı. O, ölənəcən qızının varlığından xəbər tutmayıb. Universitet illərində sevdiyi qız ondan hamilə qalır, ancaq münasibətləri pozulduğundan bunu gizlədir. 16 yaşlı Lili atasının kim olduğunu, intihar etdiyini, ona qulluq edən qızın adını internetdən öyrənir, axtarıb Luizanı tapır. Anası onu başa düşmədiyinə görə o, evdən qaçır, Luiza ilə birgə yaşayır. Bir gün Luizanın da evindən qaçır… Luizanın çətin günləri başlayır… Çətinliklə də olsa, Lilini tapır. Lili səhvlərini başa düşür. Luiza yenə də sevir. Sem adlı bir həkimi. O həkim ki, Luiza damdan yıxılanda onu təcili yardım maşınında xəstəxanaya çatdırmışdı… Əsər xoş sonluqla bitir. Bilin vəkili Luizaya Amerikada yaxşı iş tapır. Luiza Amerikaya işləməyə gedir, ancaq bilir ki, onu Londonda sevdiyi insan gözləyir. Əsər yeniyetmələr üçün daha maraqlı ola bilər.Səhifə sayı - 480
9789952362107
Cild - Qalın
Hissə-hissə ödəniş
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Səndən sonra - Jojo Moyes
11.99₼