Səmərqəndə gedən yol - Patrik O'Brayan
Əsas qiymət 11.20₼Səmərqəndə gedən yol - Patrik O'Brayan - SizinKitab
Hekayə Patrik O'Brayanın sadiq pərəstişkarlarının arzulaya biləcəyi məkanda – Cənubi Çin dənizində gözətçi gəmisi ilə hərəkət edən dənizçilərin dəhşətli tayfun qasırğasından zorla qurtulması ilə başlayır. 1930-cu illərdə cərəyan edən hadisələrin baş qəhrəmanı missioner valideynlərini yenicə itirmiş yeniyetmə amerikalı oğlandır.
Derik sərt xarakterli dənizçi dayısı və görkəmli arxeoloq olan yaşlı əmisi oğlu ilə birlikdə Mərkəzi Asiyada qədim xəzinə axtarışına çıxır. Bu yolda onlar xarizmatik çinli quldurlarla və hər kəsə problem yaradan rus casusları ilə yanaşı bir çox pis adamlarla da rastlaşırlar. Həmin adamların çoxu sonradan pis aqibətlə üzləşir.
O'Brayanın əksər əsərlərində olduğu kimi bu romanda da maraqlı mövzulara – astronomiya, Şərq fəlsəfəsi, qədim Han bürünclərinin düzgün şəkildə təyin edilməsi, yerli mətbəx və s. məsələlərə toxunur. Əsər qəhrəmanların buz bağlamış vadidə onlara düşmən kəsilən qırmızı papaqlı “səssiz” rahiblərlə tibetlilərin “qar adamı” dedikləri məxluq arasında qalması ilə bitir...
Azərbaycan dilində
ISBN: 9789952510560
Yumşaq üz qabığı
280 səhifə
Ölçü: 148x210 mm