
Rəqəmsal qala - Dan Brown - SizinKitab
Kitab haqqında
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir…
Beləcə, bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təzlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün həqiqi mənasında, fəlakətdir.
Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq virusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burda, Milli Təhlükəsizlik Agentliyinin içindədir. Bunu anlayan Syuzan isə bu təhlükəli vəziyyətlə üz-üzə qalır...
Ölçü 130x200
Cild Yumşaq
Səhifə sayı 544
Tərcüməçi Yaşar Əsədov
Nəşr tarixi 2023
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
