Qulluqçu - Ketrin Stokett - SizinKitab

Qulluqçu - Ketrin Stokett

14.99₼
Məhsul haqqında

Qulluqçu - Ketrin Stokett - SizinKitab

Kitab haqqında


Kitab irqi ayrı-seçkiliyin yaratdığı mənəvi problemlərdən, onun insan talelərinə təsirindən bəhs edir.
Gənc qız Skiter universiteti bitirib doğma Ceksona qayıdır. O, yazıçı olmağı arzulayır. Amma yaşadığı şəhərdə onun kimi ədəbli qızların əsas vəzifəsi ərə gedib evin qayğısını çəkməkdir. Skiter isə axınla üzmək fikrində deyil.
Qaradərili qadın Eybilin ömrü boyu ağların evində xidmətçi olub, 17 uşağa dayəlik edib. Yeganə oğlunu itirmiş qadın artıq həyatdan heç nə gözləmir. Amma Eybilinin ağdərili ev sahiblərinin görə bilmədiyi bir dünyası var və özü də fərqinə varmadan bu dünyanın xəyal dənizində üzür.
Minni onun rəfiqəsidir. Eybilindən fərqli olaraq, onun sərt xarakteri və acı dili var, bu səbəbdən qulluqçuluq etdiyi evlərdə başı çox bəlalar çəkib. Ağdərili xanımları təkəbbürlü davranışına, onların qaradərililəri alçaltmasına tab gətirə bilməyən Minni gizli-gizli övladlarının başqa bir dünyada yaşamasını arzulayır.
İki qaradərili qulluqçunu və ağdərili gənc qızı haqsızlığa qarşı duyduğu hisslər birləşdirir. Həmin dövrdə çox riskli olan bu mübarizədə onları nələr gözləyir? Üç qadın bütün dünyaya qarşı çıxa biləcəkmi?

Səhifə sayı - 560
ISBN 978-9952-38-038-5
Cild - Yumşaq

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın