Qaranlıqdakı adam - Pol Oster

Qaranlıqdakı adam - Pol Oster

6.30₼
Məhsul haqqında

Qaranlıqdakı adam - Pol Oster - SizinKitab

72 yaşlı Avqust Brill keçirdiyi avtomobil qəzasından sonra qızının Vermontdakı evində bərpa prosesi keçir. O, yuxusu qaçanda yatağına uzanıb öz-özünə hekayələr danışaraq unutmaq istədiyi bəzi şeylər - təzəcə ölən arvadı və nəvəsinin sevgilisi Titusun dəhşətli qətli barədə fikirləri özündən var gücü ilə qovmağa çalışır.
Təqaüdə çıxmış kitab tənqidçisi paralel dünya haqda xəyallar qurur. Həmin dünyada Amerika İraqla yox, özü ilə mübarizə aparır. Bu özgə Amerikada "Əkiz qüllələr" partlamayıb, 2000-ci il seçkilərinin nəticələri isə parçalanmaya səbəb olub. Ştatlar bir-birinin ardınca ittifaqdan qopandan sonra isə qanlı vətəndaş müharibəsi başlayıb. Gecə keçdikcə Brillin hekayəsi intensivləşir. Onun dilə gətirməkdən qaçdığı şeylər var. Lakin hansısa qüvvə onların dilə gətirilməsini israrla tələb edir. Brill sübh tezdən ona qoşulan nəvəsinə evlilik tarixçəsini nəql edir. Nəvəsi yuxuya gedəndən sonra isə özündə güc tapıb Titusun ölümündən sonra yaranan travmaya qayıdır...

Azərbaycan dilində

Yumşaq üz qabığı

200 səhifə

Ölçü: 120x185 mm

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın