
Peyğəmbərlik Anlayışı - Mürtəza Mütəhhəri
“Peyğəmbərlik anlayışı” kitabında müzakirə edilən mövzular “Teizm seminarları”nın davamıdır. Mürtəza Mütəhhəri burada da müxtəlif elm adamları ilə bir çox mühüm islami anlayışlarla bağlı polemika açmışdır. Müəllif “peyğəmbərlik” mövzusunu özünəməxsus şəkildə – teoloq və ya filosofların müzakirə metodundan tam fərqli bir formada irəli sürmüşdür. Çıxışlar dörd istiqamətdə – peyğəmbərliyin isbat metodları, vəhy, möcüzə və Quranın ecazkarlığı – aparılmışdır. Həmçinin bu çıxışlarda kitabın əsas müzakirə mövzusu olan və son dövrlərdə aktuallıq qazanan “peyğəmbərliyə ehtiyac” məsələsi ilə bağlı suallara da aydınlıq gətirilir. Mütəhhəri həmçinin ilk baxışdan mistik və qeyri-elmi görünən “möcüzə” və “vəhy” anlayışlarını müasir psixologiya və empirik elmlərlə əlaqəli formada izah etməyə çalışır.
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
