Ömürlük hədiyyə - Karlos Qonsales

Ömürlük hədiyyə - Karlos Qonsales

15.00₼
Məhsul haqqında

Ömürlük hədiyyə - Karlos Qonsales - SizinKitab

Doktor Qonsalesin özünün də etiraf etdiyi kimi, ana və uşağın sağlamlığında döşlə əmizdirmənin rolu və üstünlükləri ilə bağlı mübahisələr, - bu üstünlüklər onun nəzərində danılmazdır, - onu artıq çoxdandır narahat etmir. O, əmindir ki, döşlə əmizdirmə, sadəcə, uşağı sağlam böyütmək üçün adi bir vasitə və yaxud qadının özünə məhdudiyyət qoyması, övladının rifahı naminə özünü qurban verməsi deyil, onun öz həyatının, seksual və reproduktiv dövrünün normal tərkib hissəsidir. Öz növbəsində uşaq üçün adi qidalanmaq vasitəsi deyil, həm də və eyni zamanda ana ilə emosional bağlılığı formalaşdırmaq imkanıdır.
Buna görə də doktor Qonsales bu kitabı körpəsini döşlə əmizdirmək istəyən məhz belə qadınlara kömək məqsədilə tam və hərtərəfli dərslik kimi işləyib. O bu kitabda döşlə əmizdirməyə dair bir çox maraqlı mövzulara təfərrüatı ilə aydınlıq gətirib: qadının süd vəzisinin anatomiya və fiziologiyasından tutmuş uşağın çəki və boy artımınadək; əmizdirmə texnikasından tutmuş ana və uşaqlarda ən çox rast gəlinən xəstəliklərədək; döşlə əmizdirmə ilə eyni zamanda körpəyə müxtəlif qida növləri və dərmanların verilməsindən tutmuş ananın işə çıxmasının qaçılmaz olacağı təqdirdə döşlə əmizdirmənin təşkili üsullarınadək... Müəllif əmizdirmə zamanı tez-tez yaranan bir çox sualları da cavablandırır.

Azərbaycan dilində

ISBN: 978-9952-310-53-5

Qiymət: 15.00 AZN
Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın