Ölümdən sonrakı şizofreniya - Mirəsgər Muradlı - SizinKitab
SizinKitab

Ölümdən sonrakı şizofreniya - Mirəsgər Muradlı

Əsas qiymət 8.00₼
/

Ölümdən sonrakı şizofreniya - Mirəsgər Muradlı - SizinKitab

Kitab haqqında


Həyat mərhələlərdən ibarətdir. Tam “hər şey bitdi” dediyiniz an, unutmayın ki, bitən sadəcə o mərhələlərdən biridir. Önünüzdə isə yeni bir başlanğıc var. Bəs bu mərhələlər nə vaxt bitir? Mən ölümdən sonra bitər, deyə düşünmüşdüm. Ölümdən sonra belə, yeni bir mərhələ başlandı. Ölümdən sonrakı şizofreniya... Bu mərhələ isə məni əlimə qələm alıb, yazıçı olmağa vadar etdi. Bax, görürsünüz, hətta şizofreniya belə bir başlanğıc imiş. Eynilə, alman yazıçısı Herman Hessenin də dediyi kimi: «Sözün əsl mənasında, dəlilik hər cür müdrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər bir fantaziyanın başlanğıcıdır». Və son olaraq, bu kitabı oxumağa başlamazdan əvvəl, unutmayın ki, ölümün saatı yoxdur. Sudan ucuz səbəblərə görə, küsülü qalmayın sevdiklərinizdən. Həyat bəzən iki dəqiqəlik üzr istəyəcək vaxtı belə çox görər insana...
Səhifə sayı - 208
2001041264633
Cild - Yumşaq