Oljas Fenomeni - Oljas Süleymenov

Oljas Fenomeni - Oljas Süleymenov

16.80₼
Məhsul haqqında

Oljas Fenomeni - Oljas Süleymenov - SizinKitab

Bu kitaba görkəmli qazax şairi, mütəfəkkiri və ictimai-siyasi xadimi Oljas Süleymenovun elmi-ədəbi fəaliyyətinə həsr olunmuş məqalələr, esse və şeirlər daxil edilmişdir.
Kitabdakı materiallar təkcə onun öz vətənində deyil, həmçinin MDB ölkələrində, Almaniya, Fransa, Polşa, Böyük Britaniya... kimi ölkələrin dövri mətbuatında müxtəlif illərdə yer alan məqalələrin arasından seçilmiş, eləcə də Oljas Süleymenovun elmi-ədəbi fəaliyyətinə həsr olunan ayrı-ayrı nəşrlərdən götürülmüşdür.
İstər ədəbi-bədii, istərsə də elmi-publisistik əsərlərində qaldırdığı tarixi-linqvistik problemlərə görə yaradıcılığı daim qızğın mübahisə və müzakirə predmetinə çevrilən bu mütəfəkkirin elmi-ədəbi fəaliyyəti barədə daha dolğun təsəvvür yaratmaq məqsədilə kitaba ədibin fikirlərini həm təqdir edən, həm də ona zidd mövqedə dayanan görkəmli alimlərin məqalələri daxil edilmişdir. Yeri gəlmişkən, Oljas Süleymenovun cəsarətli elmi qənaətlərinə yüksək qiymətin yer aldığı həmin məqalələrin əksəriyyəti məhdudiyyət və qadağaların həddən artıq sərt olduğu, senzuranın bütün ciddiyyəti ilə tətbiq edildiyi sovet dövründə qələmə alınmış və dərc olunmuşdur. Buna baxmayaraq, o məqalələr öz obyektivliyini və aktuallığını bu gün də qoruyub saxlayır ki, bu da onların ictimai dəyərini artırır.
Kitab zəmanəmizin nadir şəxsiyyətlərindən biri olan Oljas Süleymenovun həyat və fəaliyyətini tədqiq edən elm adamları ilə yanaşı onun yaradıcılığı ilə maraqlanan hər bir oxucu üçün də çox faydalı və qiymətli mənbədir.

Azərbaycan dilində


ISBN: 9789952510881

Yumşaq üz qabığı

460 səhifə

Ölçü: 155X230 mm

Qiymət: 16.80 AZN
Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın