
Oliqarxın vəsiyyətnaməsi - Çingiz Abdullayev
Oliqarxın vəsiyyətnaməsi - Çingiz Abdullayev
Milyarderlik hər adama qismət olmur, hər adama dayısından 3 milyard dollar miras da qalmır. Jurnalist Rinat Şaripovun isə bəxti gətirib, o çoxundan daha şanslıdır. Amma... Doğrudanmı bu belədir? Qəfildən planda olmayan hadisələr baş verir. Rinat dayısının köntöy qohumları ilə tanış olur, onlarla normal ünsiyyət qurmağın həddən artıq çətin olduğunu anlayır. Hər kəs dayısından Rinata qalmış böyük sərvəti “dimdikləməyə” çalışır. Rinat üstündən az-maz xərclədiyi milyardların sahibi olmağın düşündüyü qədər asan olmadığını anlamağa başlayır. Məlum olur ki, dayısı ölməyib, sağdır, oliqarx sirli səbəblərə görə öz ölümünü səhnələşdirib, daim gizlənmək onu çoxdan təngə gətirsə də, bu yolu özü seçib, yalançı ölümünü təşkil edərək hamıdan gizlənməyi qərara alıb. İşin ən kədərli tərəfi budur ki, planlaşdırılmış vertolyot qəzasında dörd günahsız adam həlak olub: Qluşşenkonun arvadı, onun başqa kişidən olan oğlu, iltifat göstərdiyi mühafizə xidməti rəisi və pilot... İndi oliqarx Şaripovdan milyardlardan imtina etməyi tələb edir. Amma Rinatın başqa planları var...
Azərbaycan dilində
ISBN: 9789952540796
276 səhifə
Ölçü: 120x185 mm
Yumşaq üz qabığı
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
