Nuhun gəmisi - Fərid Novruzi - SizinKitab
SizinKitab

Nuhun gəmisi - Fərid Novruzi

Əsas qiymət 9.90₼
/

Nuhun gəmisi - Fərid Novruzi

İş adamı və səyyah Fərid Novruzi dünya səyahətini uğurla başa vuran ilk azərbaycanlıdır. O, dünya səyahətinə adi vaxtda başlamayıb. Fərid 2020-ci ilin yanvar ayında uzaq səfərə çıxmağa hazırlaşanda nə özünün, nə də başqa kiminsə ağlına gəlməzdi ki, ölüm daşıyıcısı olan qorxulu bir virus ortaya çıxacaq və onun da planlarına xaincəsinə müdaxilə edərək marşrutunu gözlənilməz dərəcədə dəyişəcək. Bunun da nəticəsində səyyah sərhədlərdə çoxsaylı problemlərlə qarşılaşacaq, yük maşınında böyük məsafələr qət edəcək, boş və kimsəsiz hotellərdə gecələyəcək... 

Bütün bunlara baxmayaraq, Fərid Novruzi heç bir çətinlikdən çəkinməyərək, təhlükələrdən qorxmayaraq, öz yoluna davam edib və 158 gün ərzində təyyarədən istifadə etmədən, yalnız quru və su yolu ilə 60 min kilometrdən çox məsafə qət edib, Yer kürəsinin “başına dolanaraq” öz dünya səyahətini dünya standartlarına uyğun şəkildə uğurla başa çatdıra bilib. Bu kitab həmin səyahət vaxtı onun başına gələn olduqca maraqlı və gözlənilməz macəralardan bəhs edir. Oxucunu əvvəldən axıra qədər gərginlikdə saxlayan kitabı birnəfəsə oxuyacağınıza əminik.

Azərbaycan dilində

ISBN: 9789952563092

204 səhifə

Ölçü: 138x210 mm

Yumşaq üz qabığı

Qiymət: 9.90 AZN