Müəllimlər üçün görünən təlim - Con Hətti

Müəllimlər üçün görünən təlim - Con Hətti

23.00₼
Məhsul haqqında

Müəllimlər üçün görünən təlim - Con Hətti - SizinKitab 

Con Həttinin yenilikçi “Görünən təlim” kitabında milyonlarla şagirdin iştirak etdiyi və 15 ildən çox davam edən tədqiqatın nəticələri ümumiləşdirilib. Kitabda məktəblərdə təhsilin təkmilləşdirilməsi üçün həqiqətən istifadə edilən, dəlillərə əsaslanan tədqiqatların ən böyük kolleksiyası təqdim olunub. “Müəllimlər üçün görünən təlim” kitabı yeni bir addım ataraq bu yenilikçi konsepsiyaları tamamilə yeni auditoriyalara gətirir. Şagirdlər, gələcək müəllimlər və fəaliyyət göstərən müəllimlər üçün yazılmış bu kitab dünyanın istənilən yerində istənilən sinfə görünən təlim prinsiplərini necə tətbiq etmək lazım olduğunu izah edir. Müəllif indiyə kimi həyata keçirilmiş ən uğurlu tədbirlərin qısa və aydın icmalını verir və görünən təlim və tədrisin sinif otaqlarında uğurla tətbiq olunması üçün bütün mərhələlərin təsvir olunduğu praktik təlimat təklif edir. Bu kitabda: • – tarixin tədris strategiyaları haqqında ən böyük tədqiqat layihəsi bu strategiyaların siniflərdə praktiki baxımdan reallaşdırılması ilə əlaqələndirilir; – həm müəllimlərin, həm də şagirdlərin maraqları qorunur, eləcə də dərslərə hazırlıq, təlimin və dərs zamanı verilən rəylərin izah edilməsi və dərsdən sonrakı məşğələlər daxil olmaqla müxtəlif mərhələlərin təsvir edildiyi təlimat verilir; – müvəffəqiyyət dərəcəsinin artırılmasına yardım etmək üçün yoxlama siyahıları, çalışmalar, nümunələr və ən yaxşı təcrübə ssenariləri təklif edilir; – məktəb liderlərinin işlədikləri müəssisədə görünən təlimi reallaşdırması üçün məktəb üzrə yoxlama siyahıları və məsləhətlər verilir; – bu nəşrdə tədqiqat zamanı istinad edilmiş 900-dən çox mənbənin əlavə meta-təhlili də təqdim olunur; – şagirdlərin həvəsləndirilməsi, kurikulum, meta-koqnitiv strategiyalar, davranışlar, tədris strategiyaları və sinfin idarəedilməsi də daxil olmaqla təlimin müxtəlif sahələri hərtərəfli şəkildə əks olunur. “Məktəbimizdə müvəffəqiyyət dərəcəsini artırmağa necə nail ola bilərik?” sualına dəlillər əsasında cavab vermək arzusunda olan istənilən şagird və ya müəllim “Müəllimlər üçün görünən təlim” kitabını mütləq oxumalıdır.

Azərbaycan dilində


ISBN: 978-9952-313-73-4

296 səhifə

Ölçü: 174x246 mm

Qiymət: 23.00 AZN
Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın