Memuarlar - Şarl - Moris de Taleyran Periqor - SizinKitab
SizinKitab

Memuarlar - Şarl -Moris de Taleyran Periqor

Əsas qiymət 14.90₼
/

Memuarlar - Şarl -Moris de Taleyran Periqor - SizinKitab

Kitab haqqında

Artıq baş vermiş hadisələr haqqında tarix kitablarından da oxumaq olar, həmin hadisələrin müasirlərinin xatirələrindən də. Odur ki, bunlar heç də həmişə üst-üstə düşmür. Böyük Fransa inqilabı və ondan sonra təkcə Fransa krallığını deyil, bütün dünyanı (o vaxt “dünya” – Avropa sayılırdı, Amerikaya isə “Yeni Dünya” deyirdilər) alt-üst edən hadisələr haqqında Taleyranın “Memuarlar”ı təkcə hadisələrin canlı şahidinin deyil, daha çox, hadisələri planlaşdıran və ən fəal şəkildə istiqamətləndirən şəxsin hekayətidir. Bu nöqteyi-nəzərdən kitab ikiqat əhəmiyyətlidir: oxucu həm hadisələrin səbəb-nəticə zəncirini izləyə, həm də bundan da vacib, hadisələrin hərəkətverici yayını, tarix kitablarında haqqında heç nə danışılmayan – hadisələrin kənar nəzərlərdən adətən gizli qalan daxili məntiqini anlaya bilər. Bəşəriyyətin tarixi inkişafına güclü təsir göstərmiş şəxsiyyətlər arasında ən görkəmlilərdən biri olan Taleyranın məntiqi isə – çox güclüdür və bizə yalnız, iki yüz ildən sonra olsa da, bunu düzgün başa düşmək qalır.
Səhifə sayı - 464
2001186024635
Cild - Yumşaq

-