Makedoniyalı İsgəndər və Atropat - Həsən Həsənov

Makedoniyalı İsgəndər və Atropat - Həsən Həsənov

7.70₼
Məhsul haqqında

Makedoniyalı İsgəndər və Atropat - Həsən Həsənov - SizinKitab

Həsən Həsənovun təqdim olunan monoqrafiyası Azərbaycanın qədim tarixinin mühüm məsələlərini əhatə edən kompleks fənlərarası tədqiqata ilk cəhddir. Monoqrafiyada Azərbaycan adlı ölkənin mənşəyi və onun hakim sülalələri kimi problemlər öz əksini tapıb. Əsərdə tutarlı arqumentlərə əsaslanan və Azərbaycan adlı ölkənin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya təqdim olunur.
Əsərin adından tarixin cəmi 10 ilindən söz açıldığı görünsə də, əslində kitab həmin dövrdən əvvəlki və sonrakı bir neçə əsrin hadisələrini əhatə edir. Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropatın obrazı və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığı monoqrafiyada müfəssəl işıqlandırılır. Müstəqil Atropatena dövlətinin mərhələli yüksəliş prosesi elmdə ilk dəfə olaraq ətraflı təsvir edilir. Qədim Midiya və Atropatenanın ərazi hüdudları və onların etnik tərkibinə dair problemlərin əsərdə geniş işıqlandırılması faktını da xüsusi qeyd etmək lazımdır.
Kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan dilində


ISBN: 9789952515329

Yumşaq üz qabığı

300 səhifə

Ölçü: 130x200 mm

Qiymət: 7.70 AZN
Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın