Kabildə bir kitabçı - Osne Seyerştad

Kabildə bir kitabçı - Osne Seyerştad

10.50₼ 8.90₼ 1.60₼ endirim
Məhsul haqqında

Kabildə bir kitabçı - Osne Seyerştad

Müxtəlif dövrlərdə hakimiyyətə kommunistlərin, mücahidlərin və ya “taliblər”in gəlməsinə baxmayaraq, Sultan Xan iyirmi ildən çoxdur ki, insanları kitabla təmin edir. O, dəfələrlə dindirilib, həbs edilib, incidilib, kitablarını əvvəl kommunistlər, sonra mücahidlər talayıb, məhv edib, daha sonra “Taliban” onları yandırıb külə döndərib. Lakin Sultan bu sevimli işindən heç vaxt əl çəkməyib. Bu əsər qanlı-qadalı Kabildə, dörd kiçik otaqdan ibarət mənzildə iki arvadı, beş uşağı və digər qohumları ilə birgə yaşayan Sultan Xanın ailəsinin portretidir. Əfqanıstandakı dəhşətli xaosa, hərc-mərcliyə, dərəbəyliyə tab gətirir və yaşamaqda davam edirlər...

Osne Seyerştad “Taliban”ın süqutundan sonra bir müddət Kabildə, Xanın evində yaşayıb, yeni Əfqanıstanda özlərinə yer tapmağa çalışan insanları, müasirliklə ənənəvilik arasındakı mübarizəni məxsusi şəkildə təsvir edib. Bu əsər xarabalıqların toz-torpağına, faciələrin qaramatına bələnmiş bir ölkənin işıqlı hekayəsi, həmçinin daha yaxşı, rahat, dinc bir həyat ümidi ilə keçmişin kəsafət saçan qırıntılarından qurtulmaq cəhdinin ifadəsidir. Bir çox dillərə tərcümə edilən “Kabildə bir kitabçı” romanı 2002-ci ildə “Bokhandel” mükafatına layiq görülüb.

Azərbaycan dilində

ISBN: 978 9952 532 64 7

Yumşaq üz qabığı

344 səhifə

Ölçü: 120x185 mm

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın