Güney Azərbaycan ədəbiyyatı antologiyası - Pərvanə Məmmədova
Əsas qiymət 12.90₼Güney Azərbaycan ədəbiyyatı antologiyası - Pərvanə Məmmədova
Güney Azərbaycan ədəbiyyatı Ümumazərbaycan ədəbiyyatının tərkib hissəsi olmaqla, eyni zamanda özünəməxsus xüsusiyyətlərə də malikdir. Ona görə də Azərbaycan ədəbiyyatşünaslığında Güney Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə dair çoxcildlik antologiyalar nəşr edilmişdir. Təqdim olunan antologiyanın yeniliyi ondan ibarətdir ki, o, son otuz ildə Güney Azərbaycanda yazıb-yaradan ədəbi nəslin yaradıcılığını əks etdirir. Burada yüzə yaxın şair və yazıçı haqqında avtobioqrafik məlumat və əsərlərindən örnəklər verilmişdir. Bu yaradıcılıq nümunələri İranla bərabər, dünyanın müxtəlif ölkələrində yaşayan Güney Azərbaycanın çağdaş şair və yazıçılarının yaradıcılığının ümumi mənzərəsini aydın şəkildə əks etdirir.
Antologiyada həm xalq şeiri üslubunda və divan ədəbiyyatı tərzində yazılmış, eyni zamanda Avropada ötən əsrin 60-cı illərində formalaşan "fləş fikşn" (Flash Fiction) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərləri, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlər vardır.
Güneydə ədəbi eksperimentləri ilə tanınan, poeziya sahəsində xüsusi ədəbi tərz, üslub yaratmağa nail olan Hüseyn Süleymanoğlunun "Bilimsəl", Nadir Əzhərinin "Donuq şeir planı" və Ziba Kərbasinin "Nəfəs" şeirləri yeni, avanqard yanaşmalara nümunədir.
Antologiyada toplanan əsərlər ədəbi aləmdə müasir Güney Azərbaycan ədəbiyyatının əsas meyilləri, məzmunu və dili haqqında da ətraflı təsəvvür yaradacaqdır.
Azərbaycan dilində
Yumşaq üz qabığı
364 səhifə
Ölçü: 145x205 mm