Gündəliklər - Xəlil Rza Ulutürk - SizinKitab
SizinKitab

Gündəliklər - Xəlil Rza Ulutürk

Əsas qiymət 20.00₼
/

Gündəliklər - Xəlil Rza Ulutürk - SizinKitab

 Böyük Azərbaycan şairi, tənqidçi, tərcüməçi və ictimai-siyasi xadim Xəlil Rza Ulutürk özündən sonra zəngin və bənzərsiz ədəbi irs qoyub. Onun indiyə qədər onlarla kitabı nəşr olunub. Xəlil Rza Ulutürkün bircə ay da fasilə vermədən az qala bir qərinə ərzində qələmə aldığı “Gündəliklər”i isə geniş oxucu kütləsinə hələ məlum deyil. Bu kitaba böyük ədibin memuarlarının 1962-1965-ci illəri əhatə edən hissəsi daxil olunub. Çətin mübarizə yolu keçmiş dissident-şairin qaynar gənclik illərinin unudulmaz anlarını əks etdirən bu xatirələr ilk dəfə işıq üzü görür. Memuar ədəbiyyatımızın incilərindən sayılan “Gündəliklər” müəllifin müşahidələri, şəxsi həyatında baş vermiş hadisələr, adının çəkilməsi belə illər uzunu qadağan olunmuş görkəmli ədiblərlə, ictimai-siyasi xadimlərlə şəxsi söhbətləri zamanı eşitdiyi əhvalatlar, əldə etdiyi faktlar və məlumatlar əsasında qələmə alınıb. Milli ruhu, milli ideyanı ön plana çəkən bu yazılar 60-cı illərin hələ də naməlum qalan bir çox taleyüklü məsələlərinə işıq salır. “Gündəliklər” XX əsr tariximizə fərqli baxış nümunəsi kimi çox qiymətli mənbədir.

Azərbaycan dilində


ISBN: 978-9952-310-61-0

Yumşaq üz qabığı

674+16 fotoblog səhifə

Ölçü: 145x205 mm

Qiymət: 20.00 AZN