
Məhsul haqqında
Məşhur detektiv yazarı Aqata Kristinin növbəti romanı “Günəş altında Şər”-də Erkül Puaro dənizsahili kurortda olur. Lakin məşhur detektivə istirahət etmək qismət olmur: o adət etdiyi işlə məşğul olmaq – qətl cinayətini araşdırmaq zorunda qalır. Tənha buxtada Arlena Marşallı boğulmuş vəziyyətdə aşkar edilir. Orada olanların bir çoxunun bu cinayəti işləmək üçün özünə məxsus səbəbi vardır. Analığına dərin nifrət bəsləyən ögey qızmı, yoxsa sevmədiyi arvadından can qurtarmaq istəyən ərimi? Bəlkə alicənablıq və dürüstlük maskası altında öz qaranlıq keçmişini gizlədən oynaş, yoxsa rəqibini məhv etmək istəyən kübar cəmiyyət qadını? İlk baxışda mənzərə aydındır – hər şeyin günahkarı məhəbbət üçbucağıdır. Lakin üçbucaq dördbucağa və hətta beşbucağa dönüşə bilər, bəlkə də daha mürəkkəb həndəsi fiqura çevrilə bilər. Ehtimal olunan variantlar lazım olduğundan çoxdur. Şübhəlilər də çoxdur. Amma Erkül Puaro öz əla kriminalistik duyğusu ilə əsl cinayətkarı üzə çıxara bilir.
Günəş altında şər - Aqata Kristi - SizinKitab
Kitab haqqında
ISBN 9789952361148
Ölçü 130x200
Cild Yumşaq
Səhifə sayı 256
Hissə-hissə ödəniş
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Günəş altında şər - Aqata Kristi
5.99₼