Görünməyən işıqlar - Entoni Dor
Əsas qiymət 10.70₼Görünməyən işıqlar - Entoni Dor - SizinKitab
Entoni Dorun müxtəlif mükafatlara layiq görülən, “New York Times”ın bestselleri seçilən məşhur “Görünməyən işıqlar” romanı işğal edilmiş Fransada II Dünya müharibəsinin ağır fəsadlarından sağ-salamat çıxmağa çalışan fransız kor qızla alman oğlanın başına gələnlərdən bəhs edir. Mari-Lor Paris Milli Təbiət Tarix Muzeyinin yaxınlığında atası ilə yaşayır. Atası Daniel Ləblon muzeyin açarçısı və istedadlı kilid ustasıdır. Mari-Lor 6 yaşında olarkən görmə qabiliyyətini itirir. Atası qızının təkbaşına hərəkət edə bilməsi üçün yaşadıqları məhəllənin miniatür maketini düzəldib ona hədiyyə edir. Mari-Lorun 12 yaşı olanda nasistlər Parisi işğal edir. Daniel qızını da götürüb ölkənin ucqar əyalətindəki qədim San-Malo şəhərinə – əmisi Etyenin evinə sığınır. O, muzeyin ən qiymətli eksponatını, yaxud onun saxta nüsxəsini də San-Maloya aparır.
Verner və onun bacısı Yutta Almaniyada uşaq evində böyüyür. Vernerin zibillikdən tapdığı köhnə radio kimsəsiz uşağın marağına səbəb olur və onun bütün həyatını dəyişir. O, radionu qurdalaya-qurdalaya, hər detalını, iş prinsipini öyrənə-öyrənə məşhur ustaya çevrilir. Bu istedadı yeniyetmə Verneri “Hitlerçi gənclər” təşkilatının məktəbinə aparıb çıxarır. O, radio siqnallarını izləməklə partizanların koordinatlarının tapılması üzrə əvəzsiz kadra çevrilir. Verner qanlı-qadalı müharibə meydanlarına düşür, San-Maloya gedib çıxır və orada Mari-Lorla rastlaşır...