Gecəyarısı uşaqları- Salman Rüşdi - SizinKitab
SizinKitab

Gecəyarısı uşaqları- Salman Rüşdi - Salman Rüşdi

Əsas qiymət 15.90₼
/

Gecəyarısı uşaqları- Salman Rüşdi - SizinKitab


Kitab haqqında


1981-ci ildə qələmə alınmış “Gecəyarısı uşaqları” romanı Salman Rüşdiyə Buker mükafatı ilə yanaşı, dünya şöhrəti də gətirdi (1993-cü ildə bu romanı son 25 il ərzində Buker mükafatına layiq görülən əsərlərin ən yaxşısı tutuluna layiq görüldü) və heç təsadüfi deyil ki, yazıçının qalmaqallı “Şeytan ayələri”ni deyil, məhz “Gecəyarısı uşaqları” romanını “Guardian” qəzeti XX əsrin ən yaxşı kitabları siyahısına saldı.
Çoxşaxəli, fantastik və magik yazıçı təhkiyəsi Hindistan (qismən də, Pakistan) tarixinin 1910-1976-cı illərini əhatə edir. Roman bəlli siyasi hadisələrin parlaq, lakin subyektiv inikası üzərində qurulub, böyük hadisələr fonunda axıb-gedən insan talelərindən söz açır. Hindistan müstəqilliyinin elan olunduğu gecəyarısı dünyaya gəlmiş Salem Sinayın tragikomik macəralarla dolu taleyi yer üzünün ən qədim və sirli sivilizasiyalarından birinin canlı alleqoriyasına çevrilir.
Tərcüməçi - İlqar Əlfioğlu
978-9952-36-647-1
Səhifə sayı - 752