
Fobiya - Vulf Dorn
Uzun və soyuq qış gecəsi... Saranın altı yaşlı oğlu Harvi çarpayısında yatır. Ərinin maşını evin qabağında dayanır. Sara ərini qarşılamaq üçün birinci mərtəbəyə düşür, ancaq mətbəxdəki adam tamamilə başqa biridir, əri Stefan yox. Yad adam evə onların maşını ilə gəlib, qapını ərinin açarı ilə açaraq girib, əri kimi geyinib... Saranın başqa .arəsi yoxdur, özünü elə aparmalıdır, daha doğrusu, belə aparmağa məcburdur ki, bütün bu baş verənlər sanki təbiidir. Özündə qorxunc yaralar olan yad adam isə elə bilir ki, Sara onun həyat yoldaşıdır... Qorxudan ağıllarını itirməyə qalmış ana-balanın başına nə gələcək? Sara oğlu üçün narahatdır. Yaxşı, bəs Stefan niyə qeybə çəkilib, indi haradadır? Saranın kabusu və sağ qalmaq uğrunda çarpışması həmin gecə başlayır...
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
