Dzen buddizm və psixoanaliz -  Riçard De Martino. Erix Fromm.  D.T.Suzuki

Dzen buddizm və psixoanaliz - Riçard De Martino. Erix Fromm. D.T.Suzuki

9.90₼ 8.40₼ 1.50₼ endirim
Məhsul haqqında

Dzen buddizm və psixoanaliz -  Riçard De Martino. Erix Fromm.  D.T.Suzuki

Əlinizdə tutduğunuz kitab 1957-ci ildə Meksikada psixoanalitiklərin dzen buddizm mövzusunda təşkil etdikləri elmi konfransın materialları əsasında meydana çıxıb. O zamandan dünyanın əksər dillərinə tərcümə olunmuş kitab dzen buddizmin elmi araşdırılması baxımından ən dəyərli mənbələrdən hesab olunur. Kitabın tərtibçisi neofreydizmin parlaq simalarından olan Erix Frommdur. Yeri gəlmişkən, o həm də əsərə salınmış üç məqalədən birinin müəllifidir. Digər psixoanalitik araşdırma meksikalı psixoloq Riçard De Martinoya məxsusdur. De Martino dzen monastırlarında bilavasitə müşahidələr aparmış və Şərqin bu ruhani-fəlsəfi fenomeninin praktiki tərəflərinin psixoanalitik təsvirini verməyə çalışmışdır.

Üçüncü müəllif isə yapon dzen ustadı Daisetsu Teitaro Suzukidir. Əslində, həmin konfransın baş tutmasının əsas səbəbkarı da odur. Məsələ ondadır ki, Qərb dünyası dzen buddizmi məhz Suzukinin kitabları və mühazirələri vasitəsilə tanıyıb. Bu səbəbdən də konfransın mərkəzi çıxışı məhz onun idi. Suzuki buddizmin mistik cərəyanı olan dzeni birbaşa həmin fəlsəfənin daşıyıcısı kimi təqdim edir və çıxışını dzen ədəbiyyatından zəngin iqtibaslarla təchiz edir ki, bu da əlinizdə tutduğunuz kitabın dəyərini bir daha artırır.

Azərbaycan dilində


ISBN: 978-9952-310-05-4

228 səhifə


Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın