
Don Kasmurro - Yoahim Mariya Maşado de Assis - SizinKitab
Qadın xəyanəti dünyada yaxşı nə varsa, hamısını bir anda darmadağın etməyə qadirdir. Hər şey bir göz qırpımında dəyərsizləşir, xüsusilə də saf gənclik məhəbbəti, ilk görüşün həyəcanı, əhd-peyman, ömürlük sədaqət andları, ehtiraslı dodaqların pıçıltı ilə oxuduğu sevgi nəğmələri, xoşbəxt ailə həyatı sənə artıq zəhər qatılmış bal, qorxunc kabus, murdar yalan kimi görünür. Xəyanət gözünün önündə bütün həyatın, insani hisslərin qatilinə çevrilir...
Maşado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir. Müəllif sirlərlə dolu qəlbləri parçalayan yalanları, saxtakarlıqları ifşa etməkdə çox sərrast və amansızdır. Onun həlim, sadəlövh görünən dili özündə əslində ironiya və istehzanı, dərin satiranı ehtiva edir. “Don Kasmurro”nu oxuyandan sonra həyata, insanlara, sevgiyə, dostluğa münasibətiniz kökündən dəyişəcək. Əgər əsərin mahiyyətini dərk edərək, yazıçının tikanlı satirasını anlayaraq oxusanız, bu dəyişiklik sizin üçün təhlükəli də ola bilər...
Portuqaldilli ədəbiyyatın Şekspiri...
Azərbaycan dilində
ISBN: 978 9952 532 25 8
Yumşaq üz qabığı
168 səhifə
Ölçü: 130x198 mm
Qiymət: 8.00 AZN
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
