
Diplomatiya – Henry Kissinger - SizinKitab
Bu kitabın 1994-1995-ci illərdə bestseller olması təsadüfi deyildi. H.Nikolsonun eyniadlı kitabı ilə ahəngləşən müəllif 1648-ci il Vestfal sülhündən başlayaraq düz bizim günlərimizədək bu və ya digər dünya nizamının möhkəmliyini və uzunömürlülüyünü qiymətləndirməyə imkan verən faktorları təhlil etməyə çalışır. Oxucunun qarşısında Rişelyedən tutmuş bizim müasirlərimizə qədər – “bütün zəmanələrin və xalqların” bir sıra siyasi xadiminin obrazı yaranır. Ən yeni zamanın tarixi hadisələrinin iştirakçısı qismində çıxış edən müəllif onları XX-XXI əsrin qovşağında təşəkkül tapmaqda olan, necə deyərlər, “yeni dünya nizamı”nın yolgöstəriciləritək nəzərdən keçirir. Bununla da yanaşı, növbəti yüzillikdə tarixi inkişafın gedişini proqnozlaşdırmaq, eləcə də qüdrətli fövqəldövlətlərin yerini, o cümlədən kommunizmin süquta uğradığı və yeni milli dövlətlərin və güc mərkəzlərinin meydana çıxdığı şəraitdə məxsusən Rusiyanın yerini müəyyən etmək cəhdi ən yüksək dərəcədə maraq doğurur. “Diplomatiya” sözü kitab adı qismində əvvəllər artıq istifadə olunmuşdur. Həm müəllif, həm də nəşriyyat mərhum ser Harold Nikolsonun məzmunu və əks etdirdiyi ideyalar etibarilə tamamilə fərqli kitabına (Harkort, Breys ənd Kompani, 1939) hörmət və ehtiramlarını bildirir. ……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………… Bakı, Qanun Nəşriyyatı, 2015, 784 səh Cild : bərk Tərcümə : Yaşar Əsədov
9789952361193
Cild - Qalın
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
