
Məhsul haqqında
Dünya səviyyəli iş adamı, “Virgin” Şirkətlər Qrupunun təsisçisi Riçard Bransonun qələmə aldığı “Dayanma, başla” kitabını avtobioqrafiya da adlandırmaq olar. Yaxın çevrəsində “doktor Bəli” kimi tanınan Branson bu kitabda keçdiyi həyat yoluna nəzər salır, qazandığı uğurların sirlərini ən xırda detallarına qədər oxucu ilə bölüşür. İlk biznesindən gələcək ideyalarına qədər bütün mərhələləri təfsilatı ilə oxucuya çatdıran müəllif özünü iş dünyasında görən, hədəfləri olan insanlar üçün bələdçilik etməyə, yol göstərməyə çalışır. Həyata, biznesə, iş dünayasına baxışlarını ayrı-ayrı fəsillərdə, müxtəlif başlıqlar altında sadə, anlaşıqlı və ən əsası səmimi dillə ifadə edən iş adamı oxucunu öz daxili aləmi, ruh halı ilə də tanış edir, ailə, dostluq, yaxşılıq kimi anlayışların həyatında oynadığı rola toxunur. Nəşrin ana ideyası, müəllifin əsas fikri insanları hədəflərinə doğru cəsarətləndirmək, onları ətalətdən xilas etməkdir. Kitabın “Dayanma, başla” adlandırılması da təsadüfi deyil. Müəllif öz həyatından nümunələr gətirərək hansı risklərə imza atdığını, bunun üçün nələri qurban verdiyini dilə gətirir, insanları “Sadəcə başla” deyərək, cəsarətli olmağa səsləyir. Siz də bu kitabı oxumaqla əsl iş adamına xas keyfiyyətlərlə tanış olacaq, həyatınızda, məşğul olduğunuz sahədə faydalı ola biləcək məlumatlar əldə edəcəksiniz.
Dayanma, Başla! – Richard Branson - SizinKitab
Kitab haqqında
ISBN 9789952366266
Ölçü 130x200
Cild Yumşaq
Səhifə sayı 288
Hissə-hissə ödəniş
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Dayanma, Başla! – Richard Branson
9.99₼