SizinKitab
Daha - Hakan Günday
Əsas qiymət 9.99₼/
Daha - Hakan Günday - SizinKitab
Kitab haqqında
Dünyada heç bir insan doğulub-böyüdüyü ailəsini seçməyə qadir deyil. “Daha” romanının baş qəhrəmanı Qəza da başqa bir ailədə, mühitdə doğulsaydı həyatı tamamilə başqa cür ola bilərdi. Amma özünün dediyi kimi: “Atam qatil olmasaydı mən də qatil olmayacaqdım…” Atasının qanunsuz işlərinə alət etdiyi Qəza istəmədən, məcburi şəkildə atasının işlərinə ortaq olur. O da qatil kimi böyüyür və formalaşır. Yaşadığı həyat həm fiziki, həm də psixoloji baxımdan Qəzada dərin yaralar açır…
Roman, Qəzanın həyatının 9 yaşından 24 yaşına qədər olan müddətini əhatə edir. Baş verən hadisələri müəllif baş qəhrəmanın diliylə təsvir edir. Qəzanın başına gələn hadisələri rənglərlə müqayisə edən müəllif, İntibah dövrü rəssamlığındakı dörd prinsipin adlarını romanın müxtəlif hissələrinə başlıq kimi vermişdir. İntibah dövrünə aid olan bu prinsiplərdə rənglər öz tonunu, çalarını necə dəyişirsə Qəzanın həyatında baş verən hadisələr də öz çalarını o formada dəyişir. Qəzanın başına gələn hadisələr rənglər kimi gah buxara çevrilib bir-birinə qarışır, gah qəfildən bir rəngdən tamamilə başqa tonlu bir rəngə keçir…
Tərcüməçi - Nərmin İsgəndər
9789952362718
Səhifə sayı - 384