
Cəhənnəm - Dan Brown - SizinKitab
Harvardın görkəmli simvoloqisti Robert Lenqdon xəstəxanada ayılanda bu sözlər qulaqlarında səslənirdi. Harada olduğunu, bura necə gəldiyini anlamırdı. Şeylərinin arasından çıxan qəribə əşyanın da bura necə düşdüyündən xəbəri yox idi.
Ölümlə hədələnən Lenqdon gənc həkim Sienna Bruksla Florensiya şəhərində təhlükəli təqiblərə məruz qalır. Yalnız Lenqdonun tarixin gizli keçidləri və qədim sirlərdən xəbərdar olması onları naməlum təqibçilərin pəncəsindən qurtara bilər.
Dantenin sirli və möhtəşəm şah əsəri olan “İlahi komediya”dan bir neçə sətir onlara renessans dövrünün məşhur abidələri, rəsmləri və tikililərində gizlənmiş kodlar zəncirini aça bilmək üçün yol göstərəcəkdir. Bu tapmacanın cavabları ilə onlar bəlkə dünyanı dəhşətli təhlükədən xilas edə bilərlər.
Dünya klassik ədəbiyyatının ən əzəmətli əsərlərindən sayılan Cəhənnəm-dən qaynaqlanaraq yazılan bu kitab Den Braunun ən mükəmməl romanı hesab edilir. Misilsiz məzmunu kitabın ilk səhifəsini açdığınız andan onu bağlayanadək sizi ondan ayrılmağa qoymayacaqdır.
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
