Bu günün marketinqi 4
Bu günün marketinqi 4

Bu günün marketinqi 4

10.90₼
Məhsul haqqında

Bu günün marketinqi 4  

Tərtibçi Rafiq Hunaltay

Koronavirus pandemiyasının davam etdiyi, qorxunc virusun az qala hamını evə qapatdığı, məhdudiyyət və çətinliklərin bir-birinə

calandığı, insanların bir-birindən sözün əsl mənasında uzaq qaçmağa məcbur qaldığı, əlindəkini sərmayə qoymaqdansa “qaragün”

üçün bərk-bərk saxlamağa çalışdığı bir şəraitdə biznesin halından danışmaq ilk baxışda bəlkə də yersiz görünür. Necə deyərlər,

keçi can hayında, qəssab piy axtarır... Amma yox. Məsələyə bir də yeni fürsətlər nöqteyi-nəzərindən baxanda gözümüz önündə

tam başqa mənzərə canlanır. Məlum olur ki, böhran iqtisadiyyat üçün əslində immuniteti gücləndirən bir vasitədir. Görəsən, niyə?...

Evdən işləməyin doğrudanmı inanılmaz üstünlükləri var? Bəs çatışmazlıqları necə?... Karantin dövründə bir əldə iki də yox, beş

qarpız tutmaq olarmı?... Biznes sahələri postpandemiya erasına necə hazırlaşsın?... Marketinq zəkasından necə istifadə etmək

lazımdır?... Böhran zamanı alternativ marketinq nə deməkdir?...Adamların küçələrdən yığışıb mobil cihazların içinə “sığışdığı” bir

vaxtda küçə reklamları gərəkdirmi?... Şirkətlər yəhudilərə xas biznes qaydalarına keçsə, qazancları çox olar, yoxsa itkiləri?... Müştəri

etiraz edəndə nə etməli?...

Biznes adamları bu suallarla bəlkə də hər gün üzləşir və onlara cavab verməkdə bir çox hallarda çətinlik çəkir. Müasir marketinq,

reklam, biznes və menecment təcrübəsindən bəhs edən “Bu günün marketinqi 4” kitabında bu sualların hamısına dolğun cavablar

tapacaqsınız. Aparıcı şirkətlərdə çalışan 68 peşəkarın 243 yazısının biznes adamları, habelə bu sahə ilə maraqlanan hər kəs üçün

faydalı olacağına əminik.

Azərbaycan dilində


ISBN: 978-9952-540-36-9

Yumşaq üz qabığı

672 səhifə

Ölçü: 145x218 mm


Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın