Böyük oyun - Çingiz Abdullayev

Böyük oyun - Çingiz Abdullayev

8.90₼
Məhsul haqqında

Böyük oyun - Çingiz Abdullayev

"...Qafarov da, Tərcümanyan yaxşı bilirdilər ki, Çebotar ikincini, yəni vaxtilə Baden-Baden kazinolarında Arman Rolan adı ilə qumar oynayan Tərcümanyanı tanıya bilər. Nə qədər gülməli də olsa, onun pələ bığları Çebotarın yadında qala bilərdi. Ona görə də hər iki oyunçu Çebotarı aradan götürməyə qərar verir. Onlar əvvəllər Xarici Legionda xidmət etmiş peşəkar bir qatil tutublar. Çebotar qaldığı hotelin dəhlizində Jordan adlı pələbığ bir adama rast gələndə Tərcümanyan-Rolanın bığlarını xatırlayıb. O bu haqda məlumat verməyə cəhd edib, ancaq elə həmin andaca iki güllə ilə qətlə yetirilib..."

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Böyük oyun" adlı romanında dünyanın məşhur qumarbazlarının toplaşdığı həlledici oyun ətrafında baş verənlər təsvir olunur.
Hadisələr Monte-Karlo kazinosunda cərəyan edir. Monako knyazlığına qumar oynamağa gedənlərin çoxu keçmiş sovet respublikalarından olan iş adamları və məmurlardır. Qumar masası arxasında Bakıdan da bir zəngin adam var. Bir ərəb milyarderi və kanadalı maqnat da bu dəstəyə qoşulub. Bu qumarbazların hamısı özünü yüksək təbəqədən hesab edir, alicənab, kübar, mədəni adamlara məxsus ədalarla, nəzakətli davranırlar. Amma bütün bunlar Fransanın qumar paytaxtında baş verənlərin yalnız zahiri tərəfidir. Əslində isə hərəsinin öz gizli köməkçiləri, kartbasan və "sayıcı"ları olan bu adamlar bir-birini var-yoxdan çıxarıb müflis etmək üçün hər şeyə hazırdırlar. Hətta rəqiblərinin qətlinə də... Qətl isə baş verir. Özü də üç nəfərin qətli. Öldürülənlərin biri də qumar masası arxasında oturan milyonçunun muzdla tutduğu killerin özü olur...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan dilində

Yumşaq üz qabığı

236 səhifə

Ölçü: 120x185 mm

 

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın