Basdırılmış nəhəng  - Kazuo İşiquro

Basdırılmış nəhəng - Kazuo İşiquro

12.90₼ 11.00₼ 1.90₼ endirim
Məhsul haqqında

Basdırılmış nəhəng  - Kazuo İşiquro

Romalılar Britaniyanı çoxdan tərk edib. Böyük ölkə xarabazara çevrilib. Bununla belə, amansız müharibə nəfəsini dərməkdədir. Daha böyük bir bəla var – xatırlamaq... Xatırlamamaq... İki ahıl brit – Aksl və Beatris illərdir görmədikləri oğullarını görmək üçün yola çıxırlar. Əjdahalar, adamyeyən divlər, qulyabanılar, insanlara xatirələrini unutduran sis-duman, Kral Artur, cadugərlər, qayıqçılar, cəngavərlər... Fantastika və olduqca ciddi mətləblər, insanı düşündürən suallar, həmin suallara cavab axtarışı və axıcı süjet... Kimlik, tarixi kimlik, milli kimlik, müharibələr, intiqam, millətlər arasında daimi sülhün mümkünlüyü və ya qeyri - mümkünlüyü – əsərin toxunduğu mövzular bunlardır... Beatrislə Akslın saf sevgisini və bu sevginin, ümumiyyətlə, sevginin gücünü də yaddan çıxarmaq olmaz...

“Dünyanın hazırda yaşayan ən nəhəng yazıçılardan biri Kazuo İşiqurodan yeni bir roman. Bir şah əsər!”

- Devid Uilyams

“İşiquro elə qəribə və möhtəşəm bir əsər yazıb ki... Bənzərsizdir! Oxucunu girov götürən bir romandır...”

- Devid Sekston, “Evening Standard”

Azərbaycan dilində


ISBN: 978 9952 532 04 3

Yumşaq üz qabığı

360 səhifə

Ölçü: 120x185 mm

Qiymət: 11.00 AZN
Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın