
Baş Nazirin xanimi - Vilayət Quliyev - SizinKitab
Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfiqə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər vasitəsi ilə təqdim olunur. Ədəbi-tarixi esse kimi qələmə alınmış “Baş nazirin xanımı” yalnız Azərbaycan Cümhuriyyətinin tarixi ilə məşğul olanlar üçün deyil, geniş oxucu kütlələri üçün də maraq doğurur.
Səhifə sayı - 140
9789952360486
Cild - Yumşaq
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
