Bəbir - Jo Nesbo - SizinKitab
SizinKitab

Bəbir - Jo Nesbo

Əsas qiymət 19.90₼
/

Bəbir - Jo Nesbo - SizinKitab

Kitab haqqında

Qatil kimdir? Jo Nesbonun “Bəbir” romanında bu sualın cavabı axtarılır. Yazıçı bütün roman boyu müxtəlif detallarla ona işarə verir, amma son ana qədər sualı açıq qoyaraq oxucunu intizarda saxlaya bilir.
“Bəbir”də silsilə qətllər törədən qatilin axtarışına çıxmış kriminalistin həyatı, iş prosesi, yaşadığı psixoloji, mənəvi sarsıntıların öhdəsindən gəlmək üçün apardığı mübarizə, keçmiş sevgilisinin xatirələri ilə həmkarı Kayyanın sevgisi arasında çapalaması təsvir olunur. Onun axtarış zamanı keçdiyi yollar, tapdığı izlər, apardığı təhlillər maraqlı bir şəkildə qələmə alınıb. Kriminalistin izlədiyi qatil hər dəfə bir addım öndədir. Harri Holenin bütün səylərinə baxmayaraq... Səbəbi nədir? Bununla romanı oxuyarkən tanış olacaqsınız.

ISBN 978-9952-36-803-1


Ölçü 130x200


Cild Yumşaq


Səhifə sayı 856