Azərbaycan müasir incəsənəti - Lesley Gray
Əsas qiymət 49.90₼Azərbaycan müasir incəsənəti - Lesley Gray - SizinKitab
Azərbaycan müasir incəsənət səhnəsi dinamik və inkişaf edən icmadan ibarətdir. Bu təmayülün yarandığı 90-cı illərdən bugünədək azərbaycanlı rəssamlar həm ölkə hüdudları daxilində, həm də qlobal icmanın bir hissəsi kimi azərbaycanlı olmağın nə olduğunu araşdırmaq məqsədilə incəsənətin rəssamlıq, heykəltəraşlıq, performans, instalyasiya, video-art və fotoqrafiya kimi müxtəlif sahələrində fəaliyyət göstəriblər. İncəsənət sahələrinin və Azərbaycan rəssamlarının konseptual istiqamətlərinin müxtəlifliyini nəzərə alaraq onları monolit hərəkat kimi müzakirə etmək çətindir. Həmçinin hər rəssam əsərlərinə öz hisslərini qatır. Bu da onların çağdaşları ilə müqayisədə, rəssamları öz ağuşuna alan daha geniş mövzuları təqdim edir. Azərbaycan nisbətən yaxın zamanda Sovet İttifaqının asılılığından azad olduğuna görə ölkənin incəsənəti mahiyyət etibarilə fərdi təcrübə prizması vasitəsilə identiklik və mədəniyyətin ifadəsidir. Bu kitab məhz qeyd edilən hekayələrin müxtəlifliyini nümayiş etdirir. Bununla yanaşı, öz yanaşmasında ensiklopedik olmağa çalışmasa da, Azərbaycanda və diasporada yaradıcılıqla məşğul olan görkəmli rəssamlardan bir neçəsini oxuculara təqdim edir. Kitab oxucuya nəyin Azərbaycan incəsənətini bu qədər cəlbedici etməsini öyrənmək üçün bir dəvətdir. Azərbaycan incəsənəti öz məkanını və zamanını əks etdirsə də, dünya tarixinin bir hissəsi sayılır. Bu kitabda qeyd edilən bütün rəssamlar yerli və qlobal ideyanı əhatə edərək Azərbaycan incəsənətini daha geniş kontekstdə ortaya qoyur.
İlk dəfədir ki, bu rəssamlar bir araya toplanır, onların bioqrafiya və praktikaları barədə qısa məlumat verilir. Daha vacib məqam odur ki, kitabda əsas diqqət rəssamların əsərlərinə verilib. Bu əsərlərdəki incəsənəti təsvir etmək üçün isə sözə ehtiyac yoxdur. Kitabın müəllifləri və redaktorları ümid edir ki, bu nəşr bu günün dünyasında incəsənət aləminin ən heyranedici və aktual sahələrindən biri sayılan Azərbaycan müasir incəsənəti ilə bağlı tədris hərəkatına mühüm töhfə verəcək.
Azərbaycan dilində
ISBN: 9789952540260
192 səhifə
Ölçü: 265x310 mm
Bərk üz qabığı