Altıncı yuxu -  Bernar Verber

Altıncı yuxu - Bernar Verber

12.90₼ 10.50₼ 2.40₼ endirim
Məhsul haqqında

Altıncı yuxu - Bernar Verber

Yuxu keçmişinizdəki və gələcəyinizdəki özünüzlə ünsiyyətə girməyə imkan yaradır. Şüursuzluğunuzun qapılarını sizin üzünüzə açır. Sizi öz şəxsiyyətinizlə üz-üzə qoyur. Burada real dünyanın fiziki qanunları işləmir, burada zaman bir xətt üzrə inkişaf etmir. Məhz buna görə də Bernar Verberin "Altıncı yuxu" romanı bu sualla başlayır: "Yaxşı yatırsınız?"

Fransız yazıçısı Bernar Verber "Altıncı yuxu" romanında oxucunu yuxu dünyasına macəra dolu düşündürücü, maarifləndirici səyahətə, insan beynini qarış-qarış gəzməyə dəvət edir. Əsərin 28 yaşlı qəhrəmanı Jak Klayn yuxuda gələcəkdəki 48 yaşlı Jak Klaynla görüşür. Bütün əhvalatlar da elə bundan sonra başlayır. Jak Klayn insan həyatının hələ nəzarət altına alınmamış tərəfinə - yuxular, təxəyyüllər dünyasına nüfuz edərək, anasını, eyni zamanda bəşəriyyəti xilas etmək istəyir.

Gerçək dünya ilə yuxu dünyası arasındakı sərhəddi aşmaq... "Çünki sistemin necə təşkil olunduğunu başa düşmək üçün o sistemdən mütləq kənara çıxmalısan" - deyir yazıçı.
İndi isə... Təsəvvür edin ki, siz 20 il keçmişə qayıda və yuxuda gəncliyinizlə, 20 il əvvəlki özünüzlə görüşə bilərsiniz. Ona nə deyərdiniz?

 

Azərbaycan dilində

Yumşaq üz qabığı

424 səhifə

Ölçü: 148X210 mm

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın