
Paulo Coelho Aldatma
Jurnalist Linda otuz yaşını təzə keçib. Sevən əri, gözəl uşaqları, yaxşı sənəti var. Yaşamaq və həyatdan zövq almaq üçün bir qadına daha nə lazımdır? Ona yalnız həsəd aparmaq olar. Amma Lindanın içində bir boşluq var, hiss edir ki, günlər keçdikcə uzun illər ərzində qurduğu həyata marağını itirir. Həvəssiz, süst günlər davam edir. O isə xoşbəxtliyi hər gün duymaq istəyir. Ərli qadının əzablı seçimi, məktəb illərinin sevgisinə yenidən qovuşmaq ehtirası, qapını döyən ailə böhranı, İsveçrənin möhtəşəm təbiəti fonunda yeknəsəq həyat və bundan qurtulmaq həvəsi. Adi, gündəlik həyat, “İsveçrə saatı” kimi dəqiq, az qala ehkama çevrilmiş həyat onu bezdirir, tənhalığa, depressiyaya qapılır.
Linda məktəb yoldaşı Yakoba rast gəlir. İndi siyasətçi və deputat olan Yakobdan müsahibə alır və elə bu zaman Linda başa düşür ki, onun həyatında çatışmayan sevgi və ehtirasdır.
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
