
10 dekabr - Corc Sanders - SizinKitab
Corc Sanders müasir ABŞ ədəbiyyatında qeyri-adi dəsti-xətti ilə seçilən, əsərləri onlarla ədəbiyyat mükafatına layiq görülən, kitabları "New York Times"ın bestsellerlər siyahısına düşən qələm ustalarındandır. "Time" jurnalının rəyinə görə, "ingilisdilli ədəbiyyatda ən yaxşı, "ən yaxşılardan biri" yox, "güman ki, ən yaxşı" da yox, məhz "ən yaxşı" təhkiyə ustası Corc Sandersdir.
Bəli, Sandersin sərrast müşahidəsi, incə yumoru neçə ildir ki, ədəbiyyat həvəskarlarının, ədəbi tənqidçilərin xüsusi diqqət mərkəzindədir. Bundan başqa, Sanders üçüncü şəxs kimi personajlarının fikrinə dalmaqla onların şəxsiyyətini açmağın böyük ustası sayılır. Yazıçı bundan ötrü bəzən primitivizm səviyyəsinə enməyə, bəzən mürəkkəb, qeyri-real fantastik mühitlər qurmağa hazırdır. Oxucu bu personajları iki baxış bucağından izləyir: obrazların daxili dialoqları vasitəsilə və onların beyninə "qonmuş" yazıçının təhkiyəsi vasitəsilə. Sanders konsyumerizmi, maniakal şoppinq azarını qamçılayır, ismarışlarını cəmiyyətə ən sadə yollarla göndərir.
Yazıçının üslubu son dərəcə mütəhərrikdir. Onun hekayələri rəvan, birnəfəsə mütaliə vəd edir, çünki onlar obrazların öz fikirləri ilə ifadə edilib - insan isə öz düşüncələrində heç vaxt yersiz təfərrüatlara varmır. "10 dekabr" hekayələr toplusu bu mənada Corc Sandersin bəlkə də ən gözəl əsərlərinin çələngidir.
Azərbaycan dilində
ISBN: 978-9952-310-30-6
Yumşaq üz qabığı
288 səhifə
Ölçü: 120x185 mm
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
