Baron Münhauzenin sərgüzəştləri - Rudolf Erix Raspe
Əsas qiymət
2.00₼
/
Baron Münhauzenin sərgüzəştləri - Rudolf Erix Raspe - SizinKitab
‘Baron Münhauzenin sərgüzəştləri’ əyləncəli-yumoristik əsəridir. Əsərin qəhrəmanı Baron Münhauzen real personajdır. O, XVIII əsrdə yaşamış, rus ordusu sıralarında Türkiyə ilə iki dəfə müharibədə iştirak etmişdir. Almaniyaya qayıtdıqdan sonra Münhauzen ağlagəlməz sərgüzəştlər uyduran məzəli bir gopçu kimi tanınıb. Axşamlar buxarı başında dostlarını ətrafına toplayıb onlara məzəli-duzlu söhbətlər edir, onlar da gəncliyində Baronun başına gələn macəraları dinləyib gülüşürlərmiş…
Səhifə sayı - 80 9789952264098 Cild - Yumşaq
SizinKitab
Nəqliyyat və Maşınlar - Qanun nəşriyyatı
Əsas qiymət
5.00₼
/
Nəqliyyat və Maşınlar - Qanun nəşriyyatı - SizinKitab
Ətraf aləm sürətlə dəyişir. İstedadlı, ağıllı gənclərin suallarının sayı və çeşidləri də artır. Bu seriyadan olan ensiklopediyalar çox vaxt yaşlıları uşaqların sualları qarşısında çıxılmaz vəziyyətə salır. Şən illüstrasiyalarla yazılan sadə mətnlər kitabı oxunaqlı və cəlbedici edir. Bu seriya ətraf aləm haqqında öz biliklərini genişləndirməyə çalışanlar üçündür.
Səhifə sayı - 100 9789952264852 Cild - Qalın
SizinKitab
Sehrli nağıllar - Qanun nəşriyyatı
Əsas qiymət
5.00₼
/
Sehrli nağıllar - Qanun nəşriyyatı - SizinKitab
Kitabda Qrim Qardaşlarının ‘Qenzen və Qretel’, ‘Ağca və yeddi cırtdan’, ‘Bremen çalğıçıları’, ‘Quyu üstündəki qazotaran qız’, ‘Rapunsel’, ‘Ağgül və Qızılgül’ nağılları sizlərə təqdim olunur
Bir balaca Parislinin həyatı - Alfred Dö Brea - SizinKitab
Fransız yazıçısı bu əsərdə Jon Blən obrazı yaratmaqla dövrünün ədəbi imkanları və bədii dil vasitələri ilə yeni insan psixologiyasını vermək istəmiş, obrazın mənəvi idealını – amalını göstərməklə, dövrün tarixi xarakteristikasını lirik-epik lövhələrlə təsvir etməyə çalışmışdır. Bu əsər yazı stilinə, təsvir üsullarına, əsərin baş qəhrəmanının keçirdiyi iztirablara görə İsveçrə yazıçısı Uisl Rodalyun (1781-1830) “İsveçrəli Robinzon” əsərinə bənzəyir və dünya ədəbiyyatında onunla müqayisə edilə bilər. Bu kitab uşaqlar üçün nəzərdə tutulsa da, əsərin süjetindəki mürəkkəb hadisələrə, yazıçının istifadə etdiyi lirik-epik lövhələrə görə yaşlılar üçün də xoş təəssürat oyada, onların sevimli kitabına çevrilə bilər. Alfred dö Breanın “Bir balaca parislinin həyatı” romanı Rəşid bəy Axundov tərəfindən 1874-1878-ci illərdə tərcümə edilmiş və azərbaycanca olan mətn onun atası böyük ədib M.F.Axundov tərəfindən redaktə olunmuşdur.
Səhifə sayı - 212 9789952268553 Cild - Yumşaq
SizinKitab
Karik və Valyanın qeyri-adi macəraları - Yan Larri
Əsas qiymət
7.99₼
/
Karik və Valyanın qeyri-adi macəraları - Yan Larri - SizinKitab
Məktəbli uşaqlar Karik və Valya professor Yenotovun icad etdiyi mayeni içərək balacalaşırlar və tamamilə başqa bir qorxulu mühitə düşərək qeyri-adi macəralarla üzləşirlər. Onlar tanış olmadıqları bitkilərlə rastlaşır, müxtəlif qorxunc heyvanlarla qarşılaşırlar. Əsəri olduqca maraqlı süjetlər, macəra və fantastik forma üzərində quran yazıçı bizi əhatə edən bitkilər və həşəratlar aləmi haqqında bir çox cəlbedici əhvalatları sənətkarlıqla qələmə almışdır.
Səhifə sayı - 368 9789952269864 Cild - Yumşaq
SizinKitab
Hekayələr - Səməd Behrəngi
Əsas qiymət
2.99₼
/
Hekayələr - Səməd Behrəngi - SizinKitab
Bu kitabda Səməd Behrənginin balacalar üçün yazmış olduğu bir-birindən maraqlı hekayələr toplanmışdır. Uşaqların asudə vaxtını səmərəli keçirməsi üçün olduqca gözəl seçimdir. Doğmalarınıza sevimli, kiçik hədiyyə ola bilər.
Səhifə sayı - 128 9789952363500 Cild - Yumşaq
SizinKitab
İtmiş dünya - Artur Konan Doyl
Əsas qiymət
4.99₼
/
İtmiş dünya - Artur Konan Doyl - SizinKitab
”İtmiş dünya” romanı ingilis yazıçısı Artur Konan Doylun professor Çellencer silsiləsindən olan ilk əsəridir. Romanda britaniyalı ekspedisiya üzvlərinin Cənubi Amerikaya qeyri-adi səyahətindən bəhs olunur. Sıldırım qayalıqların arxasına sığınan yaylada professor Çellencer ekspedisiya yoldaşları professor Sammerli, lord Con Rokston və müxbir Melounla birlikdə dinozavrlarla, qeyri-adi canlılarla, insanabənzər meymunlar və ibtidai insanları xatırladan xalqla üz-üzə durub. Bura – “itmiş dünya”dır və bu dünyanın öz qanunları var. Görəsən, vətəndən ayrı düşən, geri qayıtmağa bütün yolları bağlanan ekspedisiya üzvləri bu qədər çətinlik və təhlükə qarşısında duruş gətirib Britaniyaya dönə biləcəkrmi?!
Səhifə sayı - 140 9789952364132 Cild - Yumşaq
SizinKitab
Zümrüd şəhərinin sehirbazı - Aleksandr Volkov
Əsas qiymət
4.99₼
/
Zümrüd şəhərinin sehirbazı - Aleksandr Volkov - SizinKitab
Zümrüd şəhərinin sehrbazı’ Elli adlı cəsur bir qız və onun şən dostlarının macəralarından bəhs edir. Tufan sevimli Elli və onun vəfalı küçüyü Totoşkanı uzaq, sehrli bir ölkəyə – övşəyənlər ölkəsinə gətirir…
Səhifə sayı - 172 2000028507961 Cild - Yumşaq
SizinKitab
Robinzon Kruzonun macəraları - Daniel Defo
Əsas qiymət
6.99₼
/
Robinzon Kruzonun macəraları - Daniel Defo - SizinKitab
Gəmi qəzasından sonra güclə sağ qalan Robinzon Kruzo ayağı torpağa dəyən kimi çox sevinir. Lakin bu sevinc çox çəkmir. Kimsəsiz adaya düşdüyünü anlayan Robinzon hər vasitə ilə burdan xilas olmaq istəyir. Amma… O, adada 28 il tək qalır. Həm təbiət qüvvələrinə, həm də dəniz quldurlarına qarşı təklikdə mübarizə aparmalı olur. Dəli olmamaq və nitq qabiliyyətini itirməmək üçün həmişə tutuquşularla söhbət edir, zamanı dəyişik salmamaq üçün gündəlik tutur, hər gün orada başına gələn hadisələri yazır. Bir gün adada yerlilərlə də rastlaşır, vəhşilərlə ünsiyyət qurmaq ona çox çətin olur. Nəhayət, Robinzon möhkəm iradəsi və dözümlülüyü sayəsində qarşısına çıxan bütün çətinliklərin öhdəsindən gəlir. Əsərin süjet xətti real həyatdan götürülüb.
Səhifə sayı - 360 2000028497965 Cild - Yumşaq
SizinKitab
Qulliverin səyahəti - Jonathan Swift
Əsas qiymət
6.99₼
/
Qulliverin səyahəti - Jonathan Swift - SizinKitab
Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qəzasından sonra cırtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Müharibədə məğlub olan tərəf Qulliverə nifrət edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimi oradan uzaqlaşır. Daha sonra o, nəhənglər diyarına düşür, hər an əzilmək, siçanlara yem olmaq təhlükəsi ilə üz-üzə qalan Qulliver buradan da qaça bilir. Uçan adaya gəlib çıxanda isə özünü xilas olmuş zənn edən Qulliver, buradakı insanların da qəribə, cansıxıcı həyat sürdüklərinin şahidi olur. Uçan adanın sakinləri yalnız musiqi və riyaziyyatla maraqlanır, bədən ölçülərinə uyğun olmayan paltarlar geyinirlər. Onların ətraflarındakı hər şey tərsinədir. Vaxt keçdikcə Qulliver buradakı insanlardan da soyumağa başlayır. Kapitan Mendesin səbirli qərarları onu bu düşüncələrdən xilas edir. Qulliverin başına gələn maraqlı, qorxulu və qəribə yumorla müşayiət olunan hadisələr sizi hər səhifədə həm əyləndirəcək, həm də düşündürəcək. Öz zamanındakı İngiltərənin bütün nöqsanlarını qorxmadan açıb göstərən Conatan Svift (1667-1745) Dublində anadan olub, çox ağır və çətin bir həyat yaşayıb. Təsadüfi deyil ki, dahi yazarın məzar daşında bu sözlər yazılıb: “Burda ürəyi haqsızlıqlar qarşısında parça-parça olan biri uyuyur”. Sviftin “Qulliverin səyahəti” romanı dünya ədəbiyyatının ən gözəl satirik əsərlərindən biridir. Əsər 1726-cı ildə yazılmasına baxmayaraq bu gün də aktualdır.
Səhifə sayı - 312 2000028487966 Cild - Yumşaq
SizinKitab
Geliştiren Anne - Baba - Doğan Cüceloğlu
Əsas qiymət
9.90₼
Satış qiyməti
6.20₼
/
Geliştiren Anne - Baba - Doğan Cüceloğlu - SizinKitab
Anne-baba olmak çocuklarımıza verebileceğimiz en büyük armağandır... Yetişen her yeni kuşakla birlikte, onları yetiştiren anne-babalardan da beklentiler artıyor. Toplumun gelişmesi için öncelikle ailede demokratik bir yapı kurulması şart. Bunun yolu da, anne ve babaların geçmişten gelen korku kültürü kalıplarından kurtulmaları ve onur eşitliğine inanan sağlıklı gelişmiş bireyler yetiştirmeleri...Geliştiren Anne-Baba olmak için kendimizi ve çocuğumuzu tanımamız, beklentilerimizi, niyetimizi keşfetmemiz; değerlerimizi ve aile ilişkimizi sağlıklı tutmamız önemli. Bilen, anlayan, seven gözlerle yaşama bakmak kendi elimizde… Güler yüzlü, sakin, güvenen, hayata, ailesine şükür duygusu içinde bakan bir anne, bir baba olmak çocuklarımıza verebileceğimiz en büyük armağandır. Çocuklar böyle bir armağanı hak ediyorlar. Çocuğunuz bir kez çocukluk yaşayacak; bu dönemi onunla doya doya yaşayın.
Genre: Aile - Çocuk
Səhifə 192
Dil:Turkish
SizinKitab
Sirli bağ - Frensis Hodqson Bernet
Əsas qiymət
6.90₼
/
Sirli bağ - Frensis Hodqson Bernet
İlk dəfə 1911-ci ildə nəşr olunmuş bu hekayədə britaniyalı valideynləri ilə birlikdə Hindistanda yaşayan 10 yaşlı dəcəl qız Meri Lennoks haqqında danışılır. Valideynləri ona çox da diqqət yetirmirlər və nəticədə, o, kobud və dikbaş biri olur. Valideynləri yoluxucu xəstəliyə tutulub öldükdən sonra qız İngiltərəyə dayısı -Arçibald Kreyvenin yanına göndərilir. Meri qulluqçularla dost olur və malikanədəki "sirli bağı" kəşf edir. Elə ki, bağa daxil olur, o, daha dərin bir sirrin üstünü açır -dayısının şikəst oğlunu tanıyır, nəcib ünsiyyəti ilə onu həyata qaytarır. Kitabda itki, qorxu və sağalmanın psixoloji aspektləri vurğulanır. Əsər, əsasən, yeniyetmə və gənclər üçün nəzərdə tutulmuş olsa da, hazırda 20-ci əsrin ən yaxşı uşaq kitablarından biri kimi qəbul olunur.
Yaş Kateqoriyası: 11 yaşından yuxarı
Yumşaq üz qabığı
308 səhifə
Əlavə: Azərbaycan dilində üçüncü nəşri
ISBN: 978-9952-494-93-8
SizinKitab
Alisa güzgünün içində - Luis Kerol
Əsas qiymət
5.90₼
/
Alisa güzgünün içində - Luis Kerol
Heç hər gün baxdığın böyük güzgünün içinə keçmək haqqında fikirləşmisən? Təsəvvür et: güzgünün içindəsən, anan isə evdə səni axtarır. Bax Alisa da anasından gizlincə Güzgünün içində səyahətə başlayanda ağlına gətirməzdi ki, uzaqlara gedəcək, başqa bir dünyanın qəribəlikləri ilə üzləşəcək. Alisa Güzgü səyahətinə başlayanda nə görsə, yaxşıdır?! Şahmat fi qurları qol-qola girib gəzişir! Qız Kral və Kraliçalar, Trulala və Tralala, Gonbul Dumbul, Qara atlı Cəngavərlə qarşılaşır, təhlükəli şahmat oynayır: Alisa ya qalib gəlib Kraliça olmalıdır, ya da məğlub olub Güzgünün içində qalmalıdır. Dəhşətdir, elə deyilmi? Tələs, Alisa, tələs! Vaxta lap az qalıb. Qara Kraliça isə gizlincə Alisaya tor qurur... Bəs necə olur ki, Alisa Qara Kraliçaya qalib gəlir?
160 səhifə
Yaş Kateqoriyası: 7 yaşından yuxarı
Yumşaq üz qabığı
Ölçü: 126x190
SizinKitab
Alisa möcüzələr aləmində - Luis Kerol
Əsas qiymət
5.90₼
/
Alisa möcüzələr aləmində - Luis Kerol
Çayın sahilində bacısı ilə oynayan Alisa darıxırdı. Birdən onun gözünə sürətlə qaçan Ağ Dovşan sataşdı. Bura qədər hər şey normaldır. Amma Ağ Dovşanın cib saatı var idi və o harasa tələsirdi, çünki tez-tez saatına baxırdı. Hər şeylə maraqlanan Alisa onun dalınca uzun tunelə oxşar yuvaya girir və içəridə bir-birindən fərqli qapılar görür. Hər qapının arxasında isə yeni bir aləm, qəribə, fantastik canlılar, inanılmaz macəralar onu gözləyirdi. Alisa özü də bu qəribə dünyada dəyişirdi - gah böyüyür, gah da cırtdandan da kiçik olurdu... İxtisasca riyaziyyatçı olan məşhur ingilis yazıçısı və şairi Çarlz Lüdviq Dodsonun Luis Kerol imzası ilə yazdığı "Alisa möcüzələr aləmində" əsəri ilk dəfə 1865-ci ildə İngiltərədə çap olunub. Əsər mücərrəd ədəbiyyat tərzində yazılan ilk kitab hesab olunur və buradakı obrazlar, hadisələr, təsvirlər xüsusi fantaziyanın məhsuludur. Məhz buna görə "Alisa möcüzələr aləmində" əsəri klassik ədəbiyyat nümunəsi olsa da, hər dövrün uşaqları tərəfindən maraqla oxunur, öz aktuallığını itirmir.
Yaş Kateqoriyası: 9 yaşından yuxarı
Yumşaq üz qabığı
160 (ağ-qara) səhifə
Əlavə: İngilis dilindən tərcümə
Ölçü: 126x198
SizinKitab
Görünməz adam - Herbert Corc Uells
Əsas qiymət
9.50₼
Satış qiyməti
7.50₼
/
Görünməz adam - Herbert Corc Uells
Bu roman insanı görünməz edən bir sıra cihazlar kəşf etmiş ingilis fiziki Qriffinin taleyindən bəhs edir. Özünü görünməz adama çevirən və Kemp adlı alimlə məqsədli əlaqə yaratmağa çalışan Qriffin insanları qorxuya salan terror kompaniyası yaratmağa səy göstərir, lakin Kemp onun bu təklifindən qəti imtina edərək polisə xəbər verir. Ələ keçən Qriffin qəzəblənmiş insanlar tərəfindən amansızcasına döyülərək öldürülür.
Nəşriyyat:Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı