Başına qəfil gələn bədbəxt hadisə nəticəsində ömürlük şikəst qalan gənc musiqiçi Kunun qayğısız həyatı еlə bu hadisə ilə başa çatır. O, həyatının tək təsəllisini yaradıcılıqda görməyə başlayır, bütün gənclik еnеrjisini işə sərf еtməyə qərar verir. Oxucu onun qarşılıqsız sеvgi, səmimi dostluq, şöhrət dolu həyatına laqеyd qala bilməyəcək... Səhifə sayı - 264 ISBN 978-9952-38-081-1 Cild - Yumşaq
SizinKitab
Sevgi səhrası - Fransua Moriak
Əsas qiymət
5.99₼
/
Sevgi səhrası - Fransua Moriak - SizinKitab
Kitab haqqında
Bədənlərin yardımına ehtiyac duymadan ruhların bir-biri ilə dil tapacağı o gün gələcək... Bu məhəbbət üçbucağının, bu eşq fırtınasının iki bucağında həkim ata və sərsəm oğul dayanıb. Üçüncü tərəf bütün Bordonu ovsunlayan sehrli qadın hər ikisinə eyni uzaqlıqdadır. Nobel mükafatı laureatı Fransua Moriak yaradıcılığında məhəbbət mövzusuna geniş yer ayırıb və müxtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışıb. Yazıçının 1925-ci ildə qələmə aldığı bütün dövrlərin ən maraqlı sevgi romanlarından olan “Sevgi səhrası” Fransız Akademiyasının mükafatına layiq görülüb. Tərcüməçi - Zahid Sarıtorpaq ISBN 978-9952-38-082-8 Cild - Yumşaq
SizinKitab
Söyüdlü arx - İlyas Əfəndiyev
Əsas qiymət
6.99₼
/
Söyüdlü arx - İlyas Əfəndiyev - SizinKitab
Kitab haqqında
Yazıçının ilk romanıdır. Milli nəsrimizdə lirik-psixoloji təmayülün başlanğıcı hesab edilir. Əsərdə dostluq, azadlıq, birlik, zəhmətkeşlik kimi bəşəri dəyərlər kənd həyatının fonunda real təsvirlərlə və canlı dildə təqdim edilir. Dialoqlar təsirli ifadə tərzi, kəskinliyi və dramaturgiyası ilə seçilir. Roman nəşr olunan kimi oxucuların ürəyinə yol tapdı, sevildi və dünyanın bir çox dillərinə tərcümə olundu. Səhifə sayı - 224 9789952367768 Cild - Yumşaq
SizinKitab
Kor bayquş - Sadiq Hidayət
Əsas qiymət
5.99₼
/
Kor bayquş - Sadiq Hidayət - SizinKitab
Kitab haqqında
Modern İran ədəbiyyatının parlaq imzalarından olan Sadiq Hidayətin bu romanı öz ölkəsində qadağan edilmişdi. “Kor bayquş” kitab kimi ilk dəfə 1937-ci ildə Hindistanda çap olundu. Əsərdəki hadisələr zaman və məkan xaricində cərəyan edir. Həmçinin hamı bir nəfər, bir nəfər hamıdır. Bir-birilə həm bağlı, həm də ayrı olan bir kişi və bir qadın qəhrəmanın həyati təsvirləri mifik psixoloji düşüncələr arasında əriyir, oxucunu mürəkkəb insan yaşantılarının dərin qatlarındakı sirli detalların təsirinə salır. İndi və keçmiş, yaddaş, xatirə və xəyallar görünməz tellərlə birləşərək hadisələrin həqiqətlə mücərrədlik arasındakı axınına şahidlik edir. Səhifə sayı - 112 ISBN978-9952-38-057-6 Cild - Yumşaq
SizinKitab
Eleanor Olifant çox yaxşıdır - Gail Honeyman
Əsas qiymət
12.99₼
/
Eleanor Olifant çox yaxşıdır - Gail Honeyman - SizinKitab
Kitab haqqında
“Eleanor Olifant çox yaxşıdır” kitabı son illərin ən yaxşı romanlarından biri hesab olunur. Eleanor Olifantın həyatında, doğrudan da, hər şey qaydasındadır: o, mühasib işləyir, bazar günləri içki içir, çərşənbə günləri isə uzaqlarda yaşayan anasına zəng edir. Günlərin birində konsertə yollanan Eleanor gözəl geyimli, yaraşıqlı bir musiqiçiyə vurulur və bundan sonrakı həyatını öz təsəvvüründə dəyişir. Əslində isə o, keçmişi unutmağa, kədərin və yuxusuzluğun öhdəsindən spirtli içki içərək gəlməyə çalışır. Sosial həyata adaptasiya ola bilməyən Eleanor Olifantın incə yumorla nəql edilən həyatı tədricən uşaqlıq travması, sevgi və tənhalıq haqqında kədərli və təsirli hekayətə çevrilir – heç bir oxucunun laqeyd qala bilməyəcəyi bir hekayətə... Səhifə sayı - 464 ISBN 978-9952-38-052-1 Cild - Yumşaq
SizinKitab
Saxta - Ece Erdoğuş
Əsas qiymət
6.99₼
/
Saxta - Ece Erdoğuş - SizinKitab
Kitab haqqında
Oxuyacaqlarınız tamamilə xəyal məhsuludur. Onların reallıqla əlaqəsini yalnız həyatımızda baş verən qəribə təsadüflərin mövcudluğu ilə əlaqələndirmək olar. Bundan əlavə, bəzi filmlərdən, romanlardan və mahnı sözlərindən də yenə eyni təsadüflər nəticəsində təsirləndiyimi söyləməkdən çəkinmirəm. Bunlardan ilk ağlıma gələnlər Zinqo Kosoviçin “Həyat Yoldur”, Sabrina Albinin “Zamanın Mənasını Yaratma Metodları”, Marvell Josettinin “Təbiət-Tanrı” kitabları, Kenni Beacenin “Heç nə ola bilməmək” və “Tarixdən qurtulanlar?” filmləri, “İronik Melodiyalar” qrupunun “A Lost Man on Earth” (Yer üzündə itirilmiş bir insan) albomudur. Başqalarını tapmağı isə sizə tapşırıram. Səhifə sayı - 144 ISBN 978-9952-36-996-0 Cild - Yumşaq
SizinKitab
Səndən sonra - Jojo Moyes
Əsas qiymət
11.99₼
/
Səndən sonra - Jojo Moyes - SizinKitab
Kitab haqqında
Kitab 27 yaşlı Luiza Klarkın həyatından, sevdiyi insana sədaqətindən bəhs edir. O, qəza nəticəsində iflic olmuş imkanlı bir oğlana – Bil Treynora qulluq edir. Yəni işinin adı xəstə baxıcısıdır. Ona qulluq etdiyi müddətdə aralarında sevgi yaranır. Oğlan ağrılara dözə bilməyib intihar edir. Bundan sonra Luiza onu unutmağa çalışsa da bacarmır. Xarici ölkələrə səyahət edir, müxtəlif adamlarla tanış olur, ancaq onu unuda bilmir, vətəninə qayıdır. Doğma şəhərindən aralıda yerləşən Londonda, bir barda iş tapır. Sevdiyi oğlan ona pul qoyub gedir, həmin pulla ev alır. Bir gün fikirli halda yaşadığı binanın damına çıxarkən səs eşidib diksinir, ayağı sürüşüb damdan yıxılır, sağ qalır. Luiza dama çıxanda onu qorxudan səsin sahibi Lili Houqton-Millerdir – Bilin qızı. O, ölənəcən qızının varlığından xəbər tutmayıb. Universitet illərində sevdiyi qız ondan hamilə qalır, ancaq münasibətləri pozulduğundan bunu gizlədir. 16 yaşlı Lili atasının kim olduğunu, intihar etdiyini, ona qulluq edən qızın adını internetdən öyrənir, axtarıb Luizanı tapır. Anası onu başa düşmədiyinə görə o, evdən qaçır, Luiza ilə birgə yaşayır. Bir gün Luizanın da evindən qaçır… Luizanın çətin günləri başlayır… Çətinliklə də olsa, Lilini tapır. Lili səhvlərini başa düşür. Luiza yenə də sevir. Sem adlı bir həkimi. O həkim ki, Luiza damdan yıxılanda onu təcili yardım maşınında xəstəxanaya çatdırmışdı… Əsər xoş sonluqla bitir. Bilin vəkili Luizaya Amerikada yaxşı iş tapır. Luiza Amerikaya işləməyə gedir, ancaq bilir ki, onu Londonda sevdiyi insan gözləyir. Əsər yeniyetmələr üçün daha maraqlı ola bilər. Səhifə sayı - 480 9789952362107 Cild - Qalın
SizinKitab
Qulluqçu - Ketrin Stokett
Əsas qiymət
14.99₼
/
Qulluqçu - Ketrin Stokett - SizinKitab
Kitab haqqında
Kitab irqi ayrı-seçkiliyin yaratdığı mənəvi problemlərdən, onun insan talelərinə təsirindən bəhs edir. Gənc qız Skiter universiteti bitirib doğma Ceksona qayıdır. O, yazıçı olmağı arzulayır. Amma yaşadığı şəhərdə onun kimi ədəbli qızların əsas vəzifəsi ərə gedib evin qayğısını çəkməkdir. Skiter isə axınla üzmək fikrində deyil. Qaradərili qadın Eybilin ömrü boyu ağların evində xidmətçi olub, 17 uşağa dayəlik edib. Yeganə oğlunu itirmiş qadın artıq həyatdan heç nə gözləmir. Amma Eybilinin ağdərili ev sahiblərinin görə bilmədiyi bir dünyası var və özü də fərqinə varmadan bu dünyanın xəyal dənizində üzür. Minni onun rəfiqəsidir. Eybilindən fərqli olaraq, onun sərt xarakteri və acı dili var, bu səbəbdən qulluqçuluq etdiyi evlərdə başı çox bəlalar çəkib. Ağdərili xanımları təkəbbürlü davranışına, onların qaradərililəri alçaltmasına tab gətirə bilməyən Minni gizli-gizli övladlarının başqa bir dünyada yaşamasını arzulayır. İki qaradərili qulluqçunu və ağdərili gənc qızı haqsızlığa qarşı duyduğu hisslər birləşdirir. Həmin dövrdə çox riskli olan bu mübarizədə onları nələr gözləyir? Üç qadın bütün dünyaya qarşı çıxa biləcəkmi?
Səhifə sayı - 560 ISBN 978-9952-38-038-5 Cild - Yumşaq
SizinKitab
Brida - Paulo Coelho
Əsas qiymət
9.99₼
/
Brida - Paulo Coelho - SizinKitab
Kitab haqqında
Kitab Ay Ənənəsini öyrənmək istəyən gənc irlandiyalı xanım Brida O’Fernin gerçək və qəribə həyat hekayəsidir. Romanın əsasında Koelyonun öz axtarışları ‒ həyatda özünü, öz məqsədini axtarmaq ideyası durur. Yazıçı öz qəhrəmanlarının dili ilə inam və din, cadugərlik və magiya haqqında fikirlərini bildirir, bunları ehtiraslı sevgi söhbətləri ilə oxucuya təqdim edir. Sadə və canlı bir dildə yazılmış bu əsərdə cadugərlik insan qəlbinin dili ilə danışır. Səhifə sayı - 240 ISBN 978-9952-36-974-8 Cild - Yumşaq
SizinKitab
Qorxulu Tehran - Mürtəza Müşfiq Kazımi
Əsas qiymət
11.99₼
/
Qorxulu Tehran - Mürtəza Müşfiq Kazımi - SizinKitab
Kitab haqqında
“Qorxulu Tehran” Fərrux və Mehin adlı iki gəncin bir-birinə olan sevgisi, bu sevgi uğrunda mübarizəsindən bəhs edir. Əsərdə XX əsr İran mühitində qadınların cəmiyyətdəki rolu, siyasi-iqtisadi durum, saraydaxili intriqalar, harınlamış şahzadələrin eyş-işrət dolu həyatı ən incə detallarına qədər təsvir edilib. “Qorxulu Tehran” İran ədəbiyyatında ilk sosial roman hesab olunur. Səhifə sayı - 560 978-9952-36-944-1 Cild - Yumşaq
SizinKitab
Gözlərindəki sirr - Eduardo Sacheri
Əsas qiymət
14.99₼
/
Gözlərindəki sirr - Eduardo Sacheri - SizinKitab
Kitab haqqında
Zorlanaraq öldürülmüş 23 yaşlı qadının qətli, bu cinayət hadisəsinə səbəb olan məqamlar gənc məhkəmə işçisini sarsıdır və illər sonra o bu haqda kitab yazmaq qərarına gəlir. Bu ancaq Latın Amerikasında baş verə biləcək bir ehtirasın tarixçəsidir: bir kişi sevgisini necə ifadə edir? Biri susur, digəri evlənir, üçüncü isə öldürür... Bu hadisə cinayət yerinə tədqiqat üçün çağırılan məhkəmə işçisinin həyatını büsbütün dəyişir. Və dəyişən yalnız onun həyatı deyil... Qeyd edək ki, roman əsasında çəkilmiş eyniadlı film 2010-cu ildə nüfuzlu “Oscar” mükafatına layiq görülüb. Səhifə sayı - 304 ISBN 978-9952-36-591-7 Cild - Yumşaq
SizinKitab
Övladlarım - Güzəl Yaxina
Əsas qiymət
14.99₼
/
Övladlarım - Güzəl Yaxina - SizinKitab
Kitab haqqında
“Övladlarım” müasir dövr Rusiya ədəbiyyatı tarixinin ən parlaq debütantı, “Züleyxa gözlərini açır” bestsellerinə görə “Böyük kitab” və “Yasnaya Polyana” mükafatlarının laureatı olmuş Güzəl Yaxinanın yeni romanıdır. Volqaboyu, 1920-1930-cu illər. Qnadental koloniyasında müəllimlik edən əslən rusiyalı alman Yakob Bax çoxdandır dünyadan qoparaq, ucqar bir qəsəbədə sevdiyi qadından ona yadigar qalmış qızı Ançeni böyütməklə yanaşı, möcüzəvi və eyni zamanda faciəvi surətdə reallığa çevrilən nağıllar yazır. Səhifə sayı - 480 AB 022051 / İN 0457 Cild - Yumşaq
SizinKitab
Daş evlər - Seyran Səxavət
Əsas qiymət
14.99₼
/
Daş evlər - Seyran Səxavət - SizinKitab
Kitab haqqında
Oxucu “Daş evlər” romanında müxtəlif taleli insanlarla – müharibə veteranı Fərhad kişi, tələbə Akif, evdar qadın Zəkiyyə xala, taksi sürücüsü Əhməd, professor Əsgərzadə, tələbə qız Reyhan kimi maraqlı surətlərlə rastlaşır. Yazıçı onların qaynar həyatını maraqla təsvir edir. Səhifə sayı - 512 AB 022051 / İN 0536 Cild - Yumşaq
SizinKitab
Güllələr demədi - İsa İsmayılzadə
Əsas qiymət
5.49₼
/
Güllələr demədi - İsa İsmayılzadə - SizinKitab
Kitab haqqında
Kitabda 60-cı illər ədəbi nəslinə mənsub olan şair və publisist İsa İsmayılzadənin seçmə şeirləri toplanıb. Şair İsa İsmayılzadə dünyaya hamı kimi gəlsə də, hamı kimi yaşamadı. Uzun ömür yaşamasa da, uzunömürlü əsərlər qoyub getdi. Şeirləri kimi Vətən üçün darıxan şair ömür adlı yolun yarısında çox sevdiyi, hüsnünə poetik libas biçdiyi doğma yurduna döndü... Dünyaya yenidən qayıtmaq üçün... Səhifə sayı - 128 AB 022051 / İN 0558 Cild - Yumşaq
SizinKitab
Qara kitab - Orhan Pamuk
Əsas qiymət
9.99₼
/
Qara kitab - Orhan Pamuk - SizinKitab
Kitab haqqında
“Qara kitab” romanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamukun şah əsəridir... Qalib uşaqlıq sevgisi, dostu, əmisi qızı, sevgilisi və itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır... Səhifə sayı - 496 978-9952-26-397-8 Cild - Yumşaq
SizinKitab
Sənə yazmadım, səni yazdım - Dilşad Talıbova
Əsas qiymət
6.99₼
/
Sənə yazmadım, səni yazdım - Dilşad Talıbova - SizinKitab
Kitab haqqında
Əsərdə başqa-başqa dünyalardan olan fərqli siniflərə məxsus iki gəncin sevgi hekayəsindən bəhs olunur. Məhəbbət, dost itkisi, ailə, ayrılıq acısı, mənəvi sarsıntılar, peşmanlıq, müharibənin gətirdiyi müsibətlər, nəhayət, bağışlaya bilməməklə bağlı bütün duyğularınızı yerindən oynadıb dərin düşüncələrə daldıracaq bir roman. Ona ən yaxın olan insanlar arasında seçim etmək məcburiyyətində qalacaq Səmranın seçimi həyati seçimdir – valideynləri, yoxsa sevdiyi oğlan...Ümumiyyətlə, sevgiyə ikinci şans vermək olarmı? Arzularını darmadağın, xəyallarını alt-üst edən, peşman edən sevgiyə... Bağışlamaq olarmı bu sevgini? Yoxsa bağışlamayıb bir ömür itmiş xoşbəxtliyinin ağrısını çəkməyə məhkum olmaq? Əslində bağışlayacağın bu sevgi sənin ən ülvi arzundursa, bağışlamaq gərəkmirmi?! Səhifə sayı - 192 2001378494635 Cild - Yumşaq
SizinKitab
Çünki səni sevirəm - Guillaume Musso
Əsas qiymət
9.99₼
/
Çünki səni sevirəm - Guillaume Musso - SizinKitab
Kitab haqqında
Beş yaşlı Layla Los-Ancelesdəki ticarət mərkəzlərinin birində yoxa çıxır. Düz beş il sonra Layla müəmmalı şəkildə itdiyi yerdəcə tapılır. Qızcığaz həyatdadır, sağlamdır, lakin danışmır. Uşaqlarına yenidən qovuşmanın sevincini yaşayan valideynlərin beynində bir sıra cavabsız suallar dolaşır: bu beş il ərzində Layla harada idi, kiminlə idi və ən başlıcası necə oldu ki, qayıtdı və yaxud onu kim, nə səbəbə qaytardı? Səhifə sayı - 336 AB 022051 / İN 0485 Cild - Yumşaq
SizinKitab
Qumluqdakı qadın - Kobo Abe
Əsas qiymət
6.99₼
/
Qumluqdakı qadın - Kobo Abe - SizinKitab
Kitab haqqında
Yapon ədəbiyyatının ən böyük söz ustalarından biri olan Kobo Abenin “Qumluqdakı qadın” romanının bütün dövrlərin 100 ən yaxşı əsəri siyahısına daxil edilməsi təsadüfi deyil. Mental və cismani qütblərin münaqişəsi üzərində qurulmuş, həşərat kolleksiyası toplayan kişinin və qumluqdakı kiçik kənddə tənha yaşayan qadının kədərli tarixçəsi olan əsər oxucu qəlbinin dərinliklərinə sirayət edir, son cümlələrinədək intizarda saxlayır. Səhifə sayı - 208 AB 022051 / İN 0533 Cild - Yumşaq
SizinKitab
Paskual Duartenin ailəsi - Kamilo Xose Sela
Əsas qiymət
4.99₼
/
Paskual Duartenin ailəsi - Kamilo Xose Sela - SizinKitab
Kitab haqqında
Nobel mükafatı laureatı, dünya şöhrətli ispan yazıçısı Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanında sərt gerçəkliklə üzləşən “kiçik adamın” faciəsi təsvir edilib. Roman İspaniyada qadağan olunduğundan, ilk dəfə Argentinada nəşr edilib və müəllifə böyük şöhrət qazandırıb. Bu əsər ayrı-ayrı ölkələrdə yüz otuz dəfə nəşr olunub və bu günə qədər də İspaniyada müxtəlif dillərə tərcümə edilən kitabların siyahısında birincidir. Səhifə sayı - 128 AB 022051 / İN 0509 Cild - Yumşaq
SizinKitab
İki ölü üçün mazurka - Kamilo Xose Sela
Əsas qiymət
9.99₼
/
İki ölü üçün mazurka - Kamilo Xose Sela - SizinKitab
Kitab haqqında
“İki ölü üçün mazurka” romanında ucqar qalisiya əyalətində cərəyan edən hadisələr oxuculara kitabdakı çoxsaylı personajların xatirələri və söhbətləri vasitəsilə çatdırılır. İki yerli sakinin qətli və qatildən intiqam almağa can atan insanların duyğu və düşüncələri romanın əsas süjet xəttini təşkil edir. Səhifə sayı - 256 AB 022051 / İN 0508 Cild - Yumşaq
SizinKitab
Mən yoxam - Qurban Yaquboğlu
Əsas qiymət
7.00₼
/
Mən yoxam - Qurban Yaquboğlu - SizinKitab
Kitab haqqında
Özümü cər-cəmləyib kitaba qısa bir müqəddimə yazmağa da cəsarət elədim. Bəzi vacib qeydlərsiz, düşünürəm, iş yarımçıq olar. On üç yaşımda ilk şeirimin rayon qəzetində çap olunduğu zamandan təxminən otuz yaşıma qədər roman yazacağımı heç vaxt düşünməmişdim, ilk kitabımın nəsr kitabı olacağı da əsla ağlıma gəlməzdi. Ancaq izahı heç özümə də bəlli olmayan, güman ki, təbii bir bioloji-psixoloji prosesin zoru sayəsində otuz yaşımdan başlayaraq keçmiş yaşantılar – insanlar, hadisələr, əhvalatlar düşüncəmə, yaddaşıma dolanda onları yalnız yazmaqla dünyamdan ehtiramla yola sala, bu üsulla dincliyə qovuşa biləcəyimə ümid bağladım. Uzun bir roman yazmaq fikri məndə bir ehtiyac kimi, beləcə, özünə meydan tapdı, roman ideyasının üfüqləri – çap eləyib saxlamadığım, yaxud yazıb əlyazmalarını itirdiklərimdən tutmuş, yazdıqlarım və yazacaqlarıma qədər, “hər şeyi bir əsərdə” ifadə eləmək iddiasınacan genişləndi. Sonra romanın həm xəyalımda planlaşdırdığım, həm də kompüterdə yazdığım hissələrində xeyli ixtisarlar apardım. İndi əlimdə-ovcumda qalanları oxucuya təqdim eləməkdə qərarlıyam. Qəribəsi budu ki, yalnız bir kitabla kifayətlənmək planım da, deyəsən, dəyişəcək. Birincisi, xeyli yazılarım, köşələrim, o cümlədən şeirlərim bu kitabdan kənarda qaldı, ikincisi, yazmaq istədiklərim yenə var. Ömür sona çatmamış yazılar bitən deyil. Səhifə sayı - 296 978-9952-36-490-3 Cild - Yumşaq
SizinKitab
Köln tətilləri - Remfas Asab
Əsas qiymət
11.99₼
/
Köln tətilləri - Remfas Asab - SizinKitab
Kitab haqqında
Vəli Aydınlı psixoloqdur, DTK məktəbində təhsil alır, xaricdə işləyir, SSRİ dağıldıqdan sonra isə Azərbaycana köçür, Milli Təhlükəsizlik Nazirliyinin analitik şöbəsinin əməkdaşı olur. Əmək fəaliyyəti dövründə topladığı sənədlərə görə Vəli ölkənin ən məşhur simaları və xarici kəşfiyyat agentləri haqqında olduqca təhlükəli məlumatlar daşıyıcısına çevrilir. Azərbaycanı məcburən tərk edib, Almaniyada məskunlaşır və kifayət qədər dramatik şəkildə nəticələnən çoxsaylı intriqa və təhlükəli sərgüzəştlərə cəlb olunur.
Yarımçıq qalan işlər Vəli ilə Otarini tələm-tələsik Kölnə qayıtmağa vadar edir və burada onlar “Ağ Qardaşlıq” rezidentinin izinə çıxmağa və Fatimənin azad edilmə əməliyyatını başa çatdırmağa ümid edirlər. Fatimənin azad edilməsi tamamilə gözlənilməz bir şəkildə baş verir, lakin Vəli üçün o, artıq əlçatmaz olur. Yeganə təsəllisi əvvəllər varlığından xəbəri olmadığı oğlu ilə tanışlığı olur. Vəlini ləğv etmək əmri almış keçmiş həmkarları ilə onu təqib etməyə davam edirlər. Səhifə sayı - 448 AB 022051 / İN 0499 Cild - Yumşaq
SizinKitab
Arxalardakılar - Vüqar Babazadə
Əsas qiymət
6.99₼
/
Arxalardakılar - Vüqar Babazadə - SizinKitab
Kitab haqqında
“Arxalardakılar” romanı ruhi xəstəxanada işləyən və həyatını yalanlar üzərində inşa edən bir həkimin başına gələn qəribəliklərdən bəhs edir. Baş qəhrəmanın arzular dolanbacında yolunu azması, müəmmalı qətl hadisəsi əsərin əsas mövzusudur. Yazıçı cavab axtarışındadır: Əsl kimliyimiz hansıdır? Kimə inanaq? Arxamızı çevirdiklərimizə, ya arxası bizə çevrilənlərə? Səhifə sayı - 240 AB 022051 / İN 0527 Cild - Yumşaq
SizinKitab
Parfümer - Patrik Züskind
Əsas qiymət
7.99₼
/
Parfümer - Patrik Züskind - SizinKitab
Kitab haqqında
“Parfümer” dünyada ən çox oxunan romanlardandır. Dünyanın 35-dən çox dilinə tərcümə edilib, yüksək tirajla satılıb. Qəhrəmanın fizioloji şikəstliyi fonunda XVIII əsr Fransasının, eləcə də, Avropanın sirlərindən danışan roman insan cildli əcaib Jan-Batist Qrenuyun bütün dünyanı və onun qanunlarını alt-üst etməsinin səbəbini ortaya qoyur. Səhifə sayı - 256 978-9952-26-756-3 Cild - Yumşaq
SizinKitab
Difai fədailəri - Sabir Rüstəmxanlı
Əsas qiymət
9.99₼
/
Difai fədailəri - Sabir Rüstəmxanlı - SizinKitab
Kitab haqqında
Azərbaycanın ictimai fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst şar idarələrinin xəyanətkar anti-Azərbaycan siyasətinə cavab vermək üşün "Difai" adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. Bakıdan Batuma, Qarabağdan - Dağıstana geniş şöhrət qazanan təşkilatın on minlərlə üzvü var idi. "Difai"nin meydana çıxması ilə Qafqazda qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişdi. "Difai fədailəri" romanında o dövrün adamlarını müdafiə hərəkatına qoşan səbəblər, Azərbaycanı xilas etmək yolunda ziyalılarımızın apardığı şətin və şərəfli mübarizə əksini tapmışdır. Səhifə sayı - 432 ISBN 978-9952-26-118-9 Cild - Yumşaq