
Tay sırğa - Məhbubə Hacıyeva - SizinKitab
Siz heç elinizdən-obanızdan, doğma ocağınızdan, ailənizdən ayrı düşmüsünüzmü? Düşmən tapdağı altında qalıb parçalanmış vətənin həsrətini çəkmisinizmi? Nakam sevgi sizi eynilə xan qızı Heyran xanım Kəngərli kimi yandırıb-yaxıbmı? Kim idi Heyran xanım? Naxçıvan xanı Kərim xanın qızı, qəlbi nakam sevgi ilə qovrulan, yurdundan sürgün olunan, doğmalarından ayrı düşən, bu nisgil və həsrətlə gözünün yaşı qurumayan, klassik Azərbaycan poeziyasına incilər bəxş edən şairə... Sevgi iztirabları içində qıvrılan, hər gün ölüb-dirilən, xalqın başına gətirilən müsibətlərdən, ardı-arası kəsilməyən müharibə və işğallardan, qan-qada və ölümdən yorğun düşən, amma ümidini bir an da itirməyən gənc bir əsilzadə... Sevgilisindən ayrı düşmüş Heyran xanımın sırğasının bir tayı vətənin bir ucunda, digəri o biri ucunda qalır. Xan qızı sırğasının digər tayını bir gün tapacağına ümid edir, buna qəlbən inanır. Bəs görəsən, şairə sırğasına və sevgilisinə qovuşacaqmı?
Azərbaycan dilində
ISBN: 978 9952 313 84 0
Yumşaq üz qabığı
248 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 8.00 AZN
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
