Sağlam cəmiyyət - Erich Fromm - SizinKitab
SizinKitab

Sağlam cəmiyyət - Erich Fromm

Əsas qiymət 13.99₼
/

Sağlam cəmiyyət - Erich Fromm - SizinKitab

Kitab haqqında

Görkəmli sosioloq və psixoloq kimi Fromm müasir cəmiyyətdə sosial patologiyanın formalarını analiz edir və onları özünün həm də “normativ humanizm nəzə­riyyəsi” adlandırdığı “tarixi inkişaf nəzəriyyəsi”ndə kəskin tənqid edir. Passiv və seyrçi-müşahidəçi filosoflardan fərqli olaraq, Fromm sağlam cəmiyyət qurulması üçün yol göstərir. Bu – sosial terapiya metodları ilə cəmiyyətin hu­manistləşdirilməsidir. Fromm xüsusi olaraq vurğulayır ki, sağlam insan yaradılmayınca sağlam cəmiyyət yaratmaq da mümkün deyil və belə bir cəmiyyətin yaradılması üçün konkret layihə təqdim edir. 
Sağlam cəmiyyətin qurulması metodu – insan xarakterinin BƏŞƏRİ dəyərlərə istiqamətlənməsidir, bu da öz növbəsində yeni bir VARLIĞIN yaranmasına gətirib çıxaracaq. Bu varlığın yaranması üçün insan müstəqil və tənqidi fikrə malik olmalıdır, bu da sonda onun xarakterinin məhsuldar istiqamətə yönəlməsinə gətirib çıxarmalıdır. 
Frommun fikrincə, məhsuldar oriyentasiya bütün insanlara xasdır, çünki bu onun insani mahiyyətində dərin köklərə malikdir. Təəssüf ki, bu tələbat müasir cəmiyyətə məxsus SAHİBLİK və bazar oriyentasiyaları tərəfindən sıxışdırılır. 
Səhifə sayı - 368
9789952366822
Cild - Yumşaq