
Məhsul haqqında
Sərgərdan - Yusuf Atılqan - SizinKitab
Yusuf Atılqanın “Sərgərdan”ı... Avaralığın müqəddəs kitabı... Cəmiyyətə yadlaşmış, bivec, həmçinin həssas, yalqız, bütün dəyərlərə, qayda-qanunlara, hətta özünə diş qıcayan intellektual qəhrəman, daha doğrusu, antiqəhrəman... Yusuf Atılqan ona heç doğru-dürüst ad da qoymayıb. Bəs bu C. kimdir? Hər bir adam əsəri oxuyanda C.-də özündən nəsə görəcək. C. həm doğru, həm də fərqli olanı axtarır. Bəs “o”nu tapa biləcəkmi? Kitabda kitab ağırlığında cümlələr var, kitabda modern insanın tənhalığı var, kitabda bir şah əsərdə olmalı olan hər şey var... Bu kitabda biz varıq... Təcrübəli oxucu əsəri oxuduqca Freydin, Dostoyevskinin, Kamyunun, Selincerin nəfəsini hiss edəcək və dahi Atılqanın bu dahiyanə əsərini çox sevəcək... Yusuf Atılqan və ya C. olmasaydı, müasir türk ədəbiyyatı çox-çox gerilərdə olardı... Romanda şüur axını, daxili monoloq, gündəlik, məktub, fləşbək, leytmotiv texnikalarından istifadə olunub.
Azərbaycan dilində
ISBN: 978 9952 313 35 2
208 səhifə
Ölçü: 120x185 mm
Hissə-hissə ödəniş
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Sərgərdan - Yusuf Atılqan
6.90₼