Mən yoxam - Qurban Yaquboğlu - SizinKitab

Mən yoxam - Qurban Yaquboğlu

7.00₼
Məhsul haqqında

Mən yoxam - Qurban Yaquboğlu - SizinKitab

Kitab haqqında


Özümü cər-cəmləyib kitaba qısa bir müqəddimə yazmağa da cəsarət elədim. Bəzi vacib qeydlərsiz, düşünürəm, iş yarımçıq olar.
On üç yaşımda ilk şeirimin rayon qəzetində çap olunduğu zamandan təxminən otuz yaşıma qədər roman yazacağımı heç vaxt düşünməmişdim, ilk kitabımın nəsr kitabı olacağı da əsla ağlıma gəlməzdi. Ancaq izahı heç özümə də bəlli olmayan, güman ki, təbii bir bioloji-psixoloji prosesin zoru sayəsində otuz yaşımdan başlayaraq keçmiş yaşantılar – insanlar, hadisələr, əhvalatlar düşüncəmə, yaddaşıma dolanda onları yalnız yazmaqla dünyamdan ehtiramla yola sala, bu üsulla dincliyə qovuşa biləcəyimə ümid bağladım. Uzun bir roman yazmaq fikri məndə bir ehtiyac kimi, beləcə, özünə meydan tapdı, roman ideyasının üfüqləri – çap eləyib saxlamadığım, yaxud yazıb əlyazmalarını itirdiklərimdən tutmuş, yazdıqlarım və yazacaqlarıma qədər, “hər şeyi bir əsərdə” ifadə eləmək iddiasınacan genişləndi.
Sonra romanın həm xəyalımda planlaşdırdığım, həm də kom­püterdə yazdığım hissələrində xeyli ixtisarlar apardım.
İndi əlimdə-ovcumda qalanları oxucuya təqdim eləməkdə qərarlıyam. Qəribəsi budu ki, yalnız bir kitabla kifayətlənmək planım da, deyəsən, dəyişəcək. Birincisi, xeyli yazılarım, köşələrim, o cümlədən şeirlərim bu kitabdan kənarda qaldı, ikincisi, yazmaq istədiklərim yenə var. Ömür sona çatmamış yazılar bitən deyil.
Səhifə sayı - 296
978-9952-36-490-3
Cild - Yumşaq

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın