Köln tətilləri - Remfas Asab - SizinKitab

Köln tətilləri - Remfas Asab

11.99₼
Məhsul haqqında

Köln tətilləri - Remfas Asab - SizinKitab

Kitab haqqında


Vəli Aydınlı psixoloqdur, DTK məktəbində təhsil alır, xaricdə işləyir, SSRİ dağıldıqdan sonra isə Azərbaycana köçür, Milli Təhlükəsizlik Nazirliyinin analitik şöbəsinin əməkdaşı olur. Əmək fəaliyyəti dövründə topladığı sənədlərə görə Vəli ölkənin ən məşhur simaları və xarici kəşfiyyat agentləri haqqında olduqca təhlükəli məlumatlar daşıyıcısına çevrilir. Azərbaycanı məcburən tərk edib, Almaniyada məskunlaşır və kifayət qədər dramatik şəkildə nəticələnən çoxsaylı intriqa və təhlükəli sərgüzəştlərə cəlb olunur.

Yarımçıq qalan işlər Vəli ilə Otarini tələm-tələsik Kölnə qayıtmağa vadar edir və burada onlar “Ağ Qardaşlıq” rezidentinin izinə çıxmağa və Fatimənin azad edilmə əməliyyatını başa çatdırmağa ümid edirlər. Fatimənin azad edilməsi tamamilə gözlənilməz bir şəkildə baş verir, lakin Vəli üçün o, artıq əlçatmaz olur. Yeganə təsəllisi əvvəllər varlığından xəbəri olmadığı oğlu ilə tanışlığı olur. Vəlini ləğv etmək əmri almış keçmiş həmkarları ilə onu təqib ­etməyə davam edirlər.
Səhifə sayı - 448
AB 022051 / İN 0499
Cild - Yumşaq

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın