Kişilərin kitabı - Osho

Kişilərin kitabı - Osho

6.90₼
Məhsul haqqında

Kişilərin kitabı - Osho - SizinKitab

Kitab haqqında

Bu kitabda böyük hind filosofu, ruhlandırıcı və aydın, dünyanın bütün ölkələrində mühazirələri əsasında kitabları yayınlanan qüdrətli fikir adamı Oshonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda ‘İnsanın qurtuluşu’ mövzusunda olan çıxışlarından toplanmış zəngin materiallar sistemli şəkildə oxucuya təqdim olunur. Sözsüz ki, Oshonun saysız-hesabsız fikirlərini bir kitab
şəklinə salmaq mümkün deyil. Kitabda mühazirələrin müəyyən hissəsi yer alıb, mövzunu tam izah etmək üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq, siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.

Bu prototiplər konkret xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların, həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdi.

Osho reallığın əslində bütün teoriya və qərarların arxasında qaldığına işarə edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır. Bu personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.

ISBN 2001151514635

 

Ölçü 130x200

 

Cild Yumşaq


Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın