Dəfinələr adası - Robert Louis Stevenson - SizinKitab

Dəfinələr adası - Robert Louis Stevenson

5.99₼
Məhsul haqqında

Dəfinələr adası - Robert Louis Stevenson - SizinKitab


“Dəfinələr adası” yüz ildən artıdır ki, ən qiymətli macəra romanlarından biri kimi dönə-dönə dünyanın müxtəlif dillərinə tərcümə edilərək oxunur.
Tropik adalar, məchul işarəli xəzinə xəritələri, bir gözü kor, bir əli xəncərli, çiynindəki tutuquşu ilə yaddaşımızda canlanan dəniz döyüşçüsü anlayışlarının yaranmasında “Dəfinələr adası” romanının böyük təsiri olmuşdur. Baş qəhrəman Cim Hokins həmişə hərəkətdə olan, narahat düşüncələr və duyğular axarına düşmüş bir gəncdir. O, yoxsul mənəviyyatlı, iradəsiz kişilərə nifrət edir.
Əsərdə həmçinin qarşıya çıxan hər cür maneəni dəf etməyə qa­dir, gəmi xidmətində nizam-intizamı əsas şərt sayan tələbkar kapitan Smollet, quldurların qəzəbinə düçar olduğu üçün üç il Dəfinələr ada­sında tənha həyat sürmüş cəsur dənizçi Ben Hann, kimliyindən asılı ol­mayaraq, ehtiyacı olan hər kəsə tibbi yardım göstərərək öz insani borcunu yerinə yetirən doktor Livsi kimi maraqlı obrazlar da var.
Əsərin müəllifi Robert Lyuis Stivenson (1850-1890) XIX əs­rin ikinci yarısında yaşamış Şotland yazıçısı və ədəbiyyat tən­qidçisidir. Stivensonun romanlarının başlıca təsvir obyekti dənizlər, okeanlar, uzaq və naməlum adalar, əsas qəhrəmanları isə yeniyetmələr və gənclərdir. “Dəfinələr adası”nı 30 yaşında olarkən yazmağa baş­la­mış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir.

Səhifə sayı - 244
2000029437960
Cild - Yumşaq

Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın