
Məhsul haqqında
Cənub Rapsodiyası - Çingiz Abdullayev - SizinKitab
Məşhur bir ailənin qızı, çox nüfuzlu ailənin gəlini olan gənc qadın müəmmalı şəkildə ölür. Çoxlarından ötrü gözlənilməz olan bu hadisə ətrafında dərhal cürbəcür şayiələr yayılmağa başlayır. Bəziləri bir kişinin qadını sıldırım qayadan necə itələyib yıxdığını görən şahidin olduğunu deyir. Təbii ki, hüquq-mühafizə orqanları bu sirli ölüm işi ilə bağlı dərhal təhqiqata başlayır. Lakin ən qorxunc və qəribə hadisələr də bundan sonra baş verir. Həmin cinayətin kim tərəfindən, necə və hansı şəraitdə törədildiyini görən yeganə şahid elə təhqiqat gedə-gedə aradan götürülür. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətin çox təhlükəli və dolaşıq olduğunu anlayırlar, lakin onların qarşısına qəti tapşırıq qoyulub: hər iki cinayətin üstü açılmalı, qatil, yaxud qatillər qısa müddətdə tapılmalıdır! Təhqiqatın gedişi göstərir ki, Dronqonun köməyi olmadan keçinmək mümkün olmayacaq. O, işə qarışır. Ortaya daha dəhşətli detallar çıxır. Bu, sırf azərbaycansayağı qətldir...
Azərbaycan dilində
Yumşaq üz qabığı
256 səhifə
Ölçü: 120x185 mm
Hissə-hissə ödəniş
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
💳 Hissə-Hissə Ödəniş İmkanı
Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.
✔ 3 aydan 15 aya qədər hissəli ödəniş
✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı
✔ Online və ya mağazamızda yerində müraciət
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

Cənub Rapsodiyası - Çingiz Abdullayev
9.50₼