Anacan, mən böyüyürəm - Hatice Kübra Tonqar
Əsas qiymət 16.80₼Anacan, mən böyüyürəm - Hatice Kübra Tonqar - SizinKitab
Əziz anam!
Məni bapbalaca bir bələkdə evə gətirdiyin günü xatırlayırsanmı? Mənə aldığın paltarlar əynimə hələ çox böyük idi. Bəlkə də balaca bədənimə baxıb necə böyüyəcəyimi fikirləşirdin. Hətta bəlkə də bir az qorxmuşdun. Amma o gündən aylar keçib və mənim bir yaşım tamam olub.
İndi səninlə birlikdə ikimiz üçün də yeni olan bir dövrə qədəm basırıq. Artıq mən çağalıqdan uşaqlıq mərhələsinə doğru sürətlə gedən balaca bir "tədqiqatçı"yam...
Əlbəttə ki, mənimlə birlikdə sənin həyəcanın, narahatlığın və problemlərin də böyüyür. Xoşbəxt və qayğısız yaşamağım üçün hər şeyin qaydasında olmasını istəyirsən.
Narahat olma, anacan, bu məsələdə ən böyük köməkçin yenə də elə mən özüm olacam. Mənə qulluq etməkdən tutmuş qidalanmağıma, oyunlarımdan ta fiziki inkişafıma qədər bir çox məsələlər barədə xeyli məlumatın olmalıdır. Onların hamısını sənə elə mən özüm verəcəyəm. Bu kitabda sənin ehtiyac duyduğun bütün məlumatlar var.
"Böyüklərimizin bu mənada bir sözü var: "Valideyn olmaq asandır, əsas odur ki, valideynlik edə biləsən".
Valideyn olmağın məsuliyyət tələb edən cəhətlərindən biri də uşaqların hansı yaş dövründə nəyə ehtiyacının olduğunu bilməkdir.
Kitabın süjeti boyunca iki fundamental suala cavab tapacaqsınız: "Uşağımdan hansı ayda (və ya yaşda) nə gözləməliyəm?" və "İnkişafının bu dövründə onunla necə davranmalıyam?"
Bu iki suala düzgün cavab verən valideynlər uşaqlarına da ən böyük yaxşılığı etmiş olacaqlar. Bu cür qiymətli kitabı biz valideynlərə təqdim etdiyi üçün Hatice xanıma təşəkkür edir, bütün oxuculara zövqlü qiraət arzulayıram".
Pedaqogika dərnəyinin rəhbəri, pedaqoq-ekspert Mehmet Teber
Azərbaycan dilində
ISBN: 9789952515091
Yumşaq üz qabığı
288 səhifə
Ölçü: 170x123 mm